Yuxarı

İlham Əliyev Qazaxıstana gedəcək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Qazaxıstana gözlənilən səfəri qardaş ölkələr arasındakı münasibətlərin yeni mərhələsini açacaq.

Axar.az xəbər verir ki, bunu Azərbaycan və Qazaxıstan arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın bu gün Bakıda keçirilən 19-cu iclasında energetika naziri Pərviz Şahbazov bildirib.

"Bizi dərin köklərə malik sıx qardaşlıq münasibətləri birləşdirir. Bizim ölkələrimizin prezidentlərinin siyasi iradəsi sayəsində münasibətlərimiz uğurla inkişaf edir. Qazaxıstan prezidentinin ötən ilin avqust ayında Azərbaycana səfəri çərçivəsində ölkələr arasında siyasi əməkdaşlığı gücləndirməklə bağlı saziş imzalanıb", - deyə o qeyd edib.

Nazir həmçinin deyib ki, Azərbaycanla Qazaxıstan arasındakı münasibətin mühüm hissəsini ticarət əlaqələri təşkil edir:

"Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri əvvəlki illə müqayisədə 4 dəfə artaraq 598 milyon ABŞ dolları təşkil edib. Bu gün Azərbaycanla Qazaxıstan bir çox regional və beynəlxalq layihələrin təşəbbüskarı kimi çıxış edir".

Tarix
2023.04.07 / 13:03
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən COP29-la bağlı açıqlama

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Qarabağ həmişə Azərbaycanın olub - Simonyan

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla