Yuxarı

İrəvan və Tehran Bakıya qarşı birləşir – Vanetsyan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və İran Türkiyə-Azərbaycan planlarından qaynaqlanan ümumi çağırışlar və “təhdidlərə” qarşı birləşə bilər.

Axar.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının lideri Artur Vanetsyan deyib.

“Zəngəzur planları, yəni dəhliz açmaq təkcə Ermənistan üçün deyil, həm də İran üçün birbaşa “təhlükədir”. Regional sərhədlərin dəyişdirilməsinə imkan verməyəcəyini dəfələrlə bəyan edən Tehranın hərəkətləri və ritorikasının səbəbi budur. Bəyanatlar bir yana qalsın, İran ordusu vaxtaşırı təlimlər keçirərək, boş oturmayacağını açıq şəkildə ortaya qoyur.

Tehran bu davranışı ilə Azərbaycan və Türkiyə “təhlükəsi” fonunda Ermənistanın ərazi bütövlüyünü qorumağa çalışır. Dost və qardaş İranın bu səylərini yüksək qiymətləndiririk. Bakı və Ankaranın Cənubi Qafqazdakı siyasəti təkcə Ermənistana qarşı deyil, həm də İrana qarşı yönəlib. Bu münaqişə ilk baxışda təsəvvür ediləndən daha qlobal xarakter daşıyır”, - o iddia edib.

Vanetsyan qeyd edib ki, bu istiqamətdə əməli addımlar atılmalıdır:

“Əgər Ermənistan və İran təhlükəsizlik sahəsində əməkdaşlığa daha çox diqqət yetirsəydilər, ikitərəfli münasibətlərdə tam etimad mühiti yaratsaydılar, o zaman regionda indiki çətin vəziyyət olmazdı”.

Tarix
2023.04.10 / 13:52
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İlham Əliyevdən COP29-la bağlı açıqlama

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Qarabağ həmişə Azərbaycanın olub - Simonyan

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla