Yuxarı

KTMT-nin İrəvana borcu yoxdur - Fyodorov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvana nəsə borcu olması fikri yanlış və əsassızdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Yevgeni Fyodorov deyib.

Onun sözlərinə görə, KTMT Ermənistana müqavilələrdən və istehsalçıların imkanlarından kənar silah tədarük etməməlidir.

Deputat qeyd edib ki, Ermənistan Moskvanın müttəfiqi olduğunu bildirirsə, Rusiyanın Ukraynada keçirdiyi “xüsusi hərbi əməliyyatda” iştirak etməlidir:

“İrəvan KTMT layihələrində daha fəal iştirak etməlidir. Ermənistan bunu etmir və eyni zamanda da nə isə tələb edir. Deməli, bu ölkə ilə yanlış münasibətlər sistemimiz var”.

Y.Fyodorovun sözlərinə görə, Ermənistan çıxış prosedurunu başa çatdırmadığı üçün beynəlxalq hüquq nöqteyi-nəzərindən SSRİ-dən qanunsuz şəkildə çıxıb.

“Bu səbəbdən də İrəvanın Moskvanın müttəfiqi sayılmasına heç bir hüquqi əsas yoxdur”, - o fikrini yekunlaşdırıb.

Tarix
2023.04.14 / 21:44
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən COP29-la bağlı açıqlama

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Qarabağ həmişə Azərbaycanın olub - Simonyan

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla