Yuxarı

Prezident 5 fərman imzaladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:36

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 41; 2019, № 1, maddə 95, № 6, maddə 1027, № 11, maddə 1702, № 12, maddə 1929; 2020, № 3, maddə 231, № 4, maddə 407, № 8, maddə 1044; 2021, № 6 (I kitab), maddə 593, № 12, maddələr 1356, 1430; 2022, № 5, maddə 459, № 11, maddə 1264) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.0.18-1-ci yarımbənd əlavə edilsin:

“3.0.18-1. aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirlər görmək;”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 90 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 90 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 958; 2019, № 11, maddə 1702; 2022, № 12, maddə 1436) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.0.19-1-ci və 3.0.19-2-ci yarımbəndlər əlavə edilsin:

“3.0.19-1. aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində fəaliyyət göstərən komissiyaların işində iştirak etmək;

3.0.19-2. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın Katibliyinin funksiyalarını həyata keçirmək;”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 292; 2017, № 1, maddə 50; 2018, № 9, maddə 1840, № 11, maddə 2263; 2019, № 3, maddə 430, № 5, maddə 823; 2020, № 8, maddə 1042; 2022, № 5, maddə 471, № 9, maddə 1028; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2056 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1.12-ci, 2.1.65-ci yarımbəndlərdə, 3.1.2-ci yarımbəndin 6-cı və 12-ci abzaslarında, 3.10-cu bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

2. 3.2-ci bənddən “Aviasiya Təhlükəsizliyi üzrə” sözləri çıxarılsın.

3. 3.2.2-ci yarımbənddə “işçi orqan olan katiblik” sözləri “təmin etmək üçün Aviasiya Agentliyi onun Katibliyi funksiyasını” sözləri ilə əvəz edilsin və həmin yarımbəndin ikinci cümləsi çıxarılsın.

4. 3.12-ci bənddən “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki” sözləri çıxarılsın.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 dekabr tarixli 1169 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 dekabr tarixli 1169 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2087; 2017, № 1, maddə 42, № 8, maddə 1521; 2018, № 9, maddə 1840; 2022, № 5, maddə 466) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Fərmanla təsdiq edilmiş 1 nömrəli əlavə − “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə” üzrə:

1.1.1. 2.1.4-cü və 3.1.1-ci yarımbəndlərdə “dövlət orqanlarının” sözləri “dövlət orqanlarının və qurumlarının” sözləri ilə əvəz edilsin;

1.1.2. 4.1-ci bəndə “Azərbaycan Respublikası daxili işlər nazirinin,” sözlərindən sonra “Azərbaycan Respublikası fövqəladə hallar nazirinin, Azərbaycan Respublikası xarici işlər nazirinin” sözləri və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin” sözlərindən sonra “, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin” sözləri əlavə edilsin, həmin bənddə “Xüsusi Dövlət Mühafizə”sözləri“Prezidentinin Təhlükəsizlik” sözləri ilə əvəz edilsin;

1.1.3. 5.2-ci bənd üzrə:

1. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Katibliyin funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir.”;

2. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Katiblik aşağıdakı vəzifələri yerinə yetirir:

5.2.1. Komissiyanın fəaliyyətini və iclasları ilə bağlı təşkilati məsələləri həll edir;

5.2.2. Komissiyanın müzakirəsinə çıxarılacaq məsələlərlə bağlı sənədləri hazırlayır, kargüzarlıq işlərini həyata keçirir, iclasların protokollarını tərtib edir, eləcə də iclasların yekun sənədlərinin layihələrini Komissiyanın sədrinə və üzvlərinə təqdim edir;

5.2.3. aidiyyəti dövlət orqanlarından və qurumlarından, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisə və təşkilatlardan iclaslarda baxılan məsələlərlə bağlı məlumat, rəy və təkliflər alır;

5.2.4. Komissiyanın qərarlarının icrası ilə əlaqədar tədbirlər görür, Komissiya tərəfindən həyata keçirilməli olan tədbirlərin monitorinqini aparır və nəticələri barədə aidiyyəti üzrə təqdim edilməsi üçün hesabatlar hazırlayır;

5.2.5. fiziki və hüquqi şəxslərin Komissiyaya daxil olan müraciətlərinə baxılmanı təmin edir;

5.2.6. Komissiyanın qərarlarının icrası məqsədilə Komissiya sədrinin tapşırıqlarını yerinə yetirir.”;

1.2. həmin Fərmanla təsdiq edilmiş 2 nömrəli əlavə − “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi” aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın sədri

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin müavini

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli, “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli və “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 iyul tarixli 204 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

Fərmanda deyilir:

1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 576; 2001, № 10, maddə 640; 2003, № 10, maddə 585; 2004, № 7, maddə 526; 2007, № 6, maddə 601; 2010, № 10, maddə 848; 2011, № 4, maddə 291; 2018, № 3, maddə 410, № 4, maddə 654; 2021, № 7, maddə 728; 2022, № 4, maddə 319; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 fevral tarixli 2020 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.13-cü bəndə “Agentliyi” sözündən sonra “qismində Azərbaycan Respublikasının Energetika Nazirliyi” sözləri əlavə edilsin;

1.2. 2.15-ci bəndə “7-ci maddəsinin” sözlərindən əvvəl “6-5-ci maddəsinin 1-ci, 2-ci və 4-cü hissələrində,” sözləri əlavə edilsin;

1.3. 2.16-cı bəndə “Qanunun” sözündən sonra “6-3-cü maddəsinin 4-cü hissəsinin dördüncü cümləsində və” sözləri və “Azərbaycan Respublikasının” sözlərindən əvvəl “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində” sözləri əlavə edilsin;

1.4. 2.20-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.21-ci bənd əlavə edilsin:

“2.21. həmin Qanunun 6-4-cü maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyi və texniki təhlükəsizlik sahəsi üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur.”.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2318; 2018, № 5, maddə 956; 2020, № 8, maddə 1041; 2021, № 8, maddə 926, № 12, maddə 1404; 2022, № 4, maddə 320, № 7, maddə 739) ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”nin 3.1.32-ci yarımbəndinə “qaydada” sözündən sonra “qaz qurğularının etibarlı istismarı sahəsi üzrə” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1490; 2020, № 7, maddə 896; 2021, № 7, maddə 729, № 8, maddə 926, № 12, maddə 1405; 2022, № 4, maddə 321, № 7, maddələr 739, 750 ) ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.1.3-cü yarımbəndinə “qaydada” sözündən sonra “qaz qurğularının etibarlı istismarı sahəsi üzrə” sözləri əlavə edilsin.

Tarix
2023.04.20 / 17:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mirzoyan Bakıya gəlir?

Azərbaycana qarşı olan ekspertə cinayət işi açıldı

Ermənistan sərhədimizi atəşə tutub, “təklif” verdi

Tramp Ukrayna ilə bağlı bu riskə getməz - Professor

Ermənilər öldürücü silahları işə saldı - Əmri onlar verib

Erməni politoloq: İrəvandan 3 tələb: Əliyev haqlıdır - Video

BQXK Qarabağ separatçılarına baş çəkdi

Baydeni geri çəkilməyə vadar edən nədir? - Ağar

Şuşada fransız kolonializminə dair hesabat təqdim edildi

Türk mövzusu dərinləşir: Çin hansı siyasəti izləyəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla