Yuxarı

General: Seçki bitdi, Azərbaycan əməliyyata başlaya bilər

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici qüvvələr, siyasi dəllallar və əliqanlı qatillər tərəfindən sülh planına qarşı təxribatlar törədilir. Bunlar artıq hər birimizə tanış taktikalardır: Azərbaycan-Ermənistan arasında hər dəfə görüş baş verməzdən əvvəl və sonra qarşı tərəf bu yollara əl atır.

Ermənistanın Azərbaycana qarşı törədəcəyi təxribatlara cavabı mütləqdir. Azərbaycanın bu situasiyada atacağı addım onların mümkün təxribatlarına adekvat cavab verməkdən ibarətdir. Sülh danışıqlarından sonra irəliləyiş qeydə alınmayacağı təqdirdə anti-terror əməliyyatlarına başlamaq lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general Yücel Karauz deyib.

O bildirib ki, təxribatlar mərhələsi əbədiyyətə qədər davam etməməlidir:

"Bu, artıq Qırğızıstanda-Bişkekdə imzalanan atəşkəs anlaşmasından sonra sürən 27-28 illik bir mərhələ deyil. Beynəlxalq hüquq və Ermənistanın özü də Azərbaycanın haqq davasının doğru olduğunu, Qarabağın Azərbaycan torpaqları olduğunu qəbul edir. Ərazi bütövlüyünü tanıyır".

O, seçkilərdən sonrakı dönəmdə Türkiyənin Azərbaycana qarşı siyasəti və Qarabağdakı antiterror əməliyyatlarında gözlənilən rolundan danışıb.

“Türkiyədə qeyri-müəyyənlik dönəmi başa çatdı və seçkilərdən sonra Türkiyənin Azərbaycana yanaşması, siyasəti dəyişmir. Sözsüz ki, Şuşa Bəyannaməsi dünya durduqca duracaq. Bu, Türkiyə-Azərbaycan bərabərliyini dəmir yumruq şəklində havaya qaldırmış bir anlaşmadır.

Azərbaycan ordusu özünü müasir texnikası, hərbi avadanlıqları, qəhrəman əsgərləri ilə Qarabağdakı təxribatlara son qoya biləcək iqtidardadır. Şuşa Bəyannaməsi istiqamətində meydana gələ biləcək məsələlərdə Türkiyə maddi-mənəvi baxımdan Azərbaycanın yanında olmağa davam edəcək. Azərbaycan torpaqlarında təhlükə meydana çıxarsa, Türkiyə öhdəsinə düşənləri hər zaman yerinə yetirəcək”.

Tarix
2023.06.10 / 13:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla