Yuxarı

Qarabağ Azərbaycan xalqı üçün müqəddəsdir - Şevçenko

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ öncə Azərbaycan üçün ərazi məsələsidir. Çünki bu, ədalətin bərpası, insanların qovulduğu ərazinin azad edilməsi və onların qayıdışıdır.

Axar.az xəbər verir ki, bunu rusiyalı jurnalist, politoloq Maksim Şevçenko RTVI kanalında Marianna Minskerin aparıcısı olduğu “Vı derjites” verişində deyib.

“Həmin ərazi Azərbaycan xalqı üçün mifoloji cəhətdən müqəddəsləşib, lakin məsələ ondadır ki, mifin siyasi dövlət strukturlarında təcəssümü mütləq deyil. Məsələn, slavyan birliyi, pravoslav birliyi mifləri də var. Hətta Balkan və İkinci Dünya müharibələrində pravoslav dövlətləri olan Yunanıstan, Bolqarıstan, Serbiya bir-birilərilə döyüşüblər. Ona görə də burda da eyni şeydir. Ermənilər, buranı öz müqəddəs torpağınız hesab edirsiniz, kilsəniz, qəbirləriniz, xaçkarlarınız qalıb, kim onları sındıracaq ki? Yaşayın və Azərbaycan hakimiyyəti də onlara bu barədə təminat verir. Necə ki, ermənilər 300 ildir Krasnodarda, Armavirdə, Pyaqorskda, Şimali Qafqazda yaşayırlar. Onları diaspor adlandırırlar, amma onlar köklü əhalidir. Çərkəzlərin, kabardinlərin torpaqlarında yaşayırlar. Çərkəzləri qovub bu əraziləri ermənilərlə məskunlaşdırdılar. Yaxşı, kim buna qarşı çıxır?” - Şevçenko bildirib.

Tarix
2023.09.25 / 14:02
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir

ABŞ-ın Azərbaycanda yeni müvəqqəti işlər vəkili təyin olundu

Rusiya Baş Prokurorluğundan Azərbaycan açıqlaması

İngilis səfirdən Yekaterinburq hadisələrinə reaksiya

Tatar Şuşada Bayramov və Hacıyevlə görüşdü

Şahbaz Şərif Füzuliyə gəldi

Prezidentlər Xankəndidə tikiş fabrikində...

Mirziyayevin dövlət səfəri böyük əhəmiyyət kəsb edir

Əfqanıstanın baş nazirinin müavini Füzulidə

Japarov Moskvadan birbaşa Xankəndiyə gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla