Yuxarı

Kreml Ərdoğan-Əliyev görüşünü şərh etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kreml Ərdoğan-Əliyev görüşünü şərh etdi

Kreml ümid edir ki, Türkiyə və Azərbaycan liderləri arasında Naxçıvanda keçiriləcək görüş Qarabağda təhlükəsizliyə və regionda həyatın normallaşmasına töhfə verəcək.

Axar.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Ərdoğanla Əliyev arasında keçiriləcək görüşü şərh edərkən deyib.

“Hər dəfə ümid edirik ki, Azərbaycan Prezidentinin bütün görüşləri, o cümlədən Türkiyə Prezidenti ilə görüşü regionda təhlükəsizliyə və baş verənlərdən sonra Qarabağda həyatın normallaşmasına töhfə verəcək. Məhz belə gözləntilərimiz var”, - o bildirib.

Peskov qeyd edib ki, Türkiyə və Azərbaycan suveren ölkələrdir və əməkdaşlığı inkişaf etdirmək üçün öz suveren hüquqlarından istifadə edirlər:

“Biz Bakı ilə Ankara arasında nə qədər sıx münasibətlər olduğunu bilirik. Və öz növbəsində bizim də Ankara və Bakı ilə heç də dar olmayan yaxın münasibətlərimiz var”.

Tarix
2023.09.25 / 14:26
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla