Yuxarı

Rusiya kanalları Paşinyanı küçə söyüşləri ilə təhqir edir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya kanalları Paşinyanı küçə söyüşləri ilə təhqir edir

Rusiyanın televiziya və Yutub kanallarında Ermənistanın Baş naziri Nikol Paşinyanı küçə söyüşləri ilə təhqir edirlər. Təhqir müəllifləri əsasən Rusiyanın media mühitində əhəmiyyətli mövqelərə malik ermənilərdir.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, proqramlara dəvət edilən fərqli millətlərə məxsus aparıcı və ekspertlər də Paşinyanı aşağılayırlar:

“Bunlar hesab edir ki, Ermənistanda hakimiyyətdə Paşinyan yox, Putinin dostu Robert Köçəryan olsaydı, Azərbaycan Qarabağı geri qaytara bilməzdi. Əlbəttə, Robert Köçəryan Kremllə daha sıx əlaqələrə malik idi, ancaq dünyadakı və bölgədəki vəziyyət tədricən Azərbaycanın xeyrinə dəyişirdi və Ermənistanın keçmiş prezidenti də doğma separatçılarını xilas edə bilməyəcəkdi. Köçəryan bu qədər güclüydüsə, İkinci Qarabağ müharibəsindən sonra asanlıqla Nikol Paşinyanı devirməliydi. Paşinyanın reytinqi düşsə də, erməni cəmiyyətindəki dəstəyi hətta Azərbaycanın antiterror əməliyyatından sonra da Köçəryana olan dəstəkdən dəfələrlə çoxdur. Bu səbəbdən Rusiya televiziya və Yutub kanallarında Ermənistanın hazırki baş nazirini söyəndə və aşağılayanda seçkilərdə Paşinyana səs və dəstək verən ermənilərin Rusiyaya qarşı nifrəti daha da artır”.

Tarix
2023.09.29 / 21:55
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Xocavənddə təndir çörəyinin dadına baxdı - Video

Bundan sonra heç kim bizə qarşı... - Prezident

İlham Əliyev Xocavənd kəndində sakinlərlə söhbət etdi

Daha bir qrup ukraynalı uşaq Bakıya gəldi

Prezident, xanımı və qızları Xocavənd sakinləri ilə görüşdülər

Bu ölkənin prezidentləri Azərbaycana gəlir

Bakı ilə yüz milyonlarla dollarlıq ticarət... - Papoyan

Prezident Xocalıdadır

Onların "türklər qətliam törədib" deyə təbliğat aparmaları...

İranda qarışıqlıq olarsa, Azərbaycan… - Fuad Oqtay

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla