Yuxarı

DTX rəisindən ATƏT-ə: İrəvana təzyiq göstərilməlidir!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə o, noyabrın 14-də ATƏT Parlament Assambleyasının prezidenti xanım Pia Kaumanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Komissiya sədri Əli Nağıyev hazırda dövlətimizin işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı yenidənqurma işlərini apardığını, lakin sözügedən ərazilərin əhəmiyyətli hissəsinin Ermənistan tərəfindən minalanmasının və dəfələrlə danışıqların mövzusu olmasına baxmayaraq, Azərbaycan tərəfinə mina xəritələrinin verilməməsinin və ya minaların yerlərinin qeyri-dəqiq təqdim olunmasının bərpa-quruculuq prosesinin sürətlə reallaşdırılmasına ciddi maneə törətdiyini qeyd edib.

Mina terroru qurbanlarının hər ötən gün daha da artdığı nəzərə alınaraq digər beynəlxalq təşkilatlarla yanaşı, ATƏT-in də Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməsinin zəruriliyi vurğulanıb.

Tarix
2023.11.14 / 15:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycanla bağlı 3 sazişi təsdiqlədi

Bu fotoya baxın: Bu qədər lider toplanıb, ona zəng edir ki…

Xələf Xələfov Murat Nurtelu ilə görüşdü

Əliyevlə Ramanın işçi nahar əsnasında görüşü oldu

İlham Əliyev Albaniyada daha bir tədbirdə iştirak etdi - Foto

Paşinyanın kofe təklifinə Əliyevdən maraqlı cavab - Video

Bakı və İrəvanın sülh sazişi imzalamaq səyləri… - Makron

Ukraynalılar İstanbulda ruslarla tərcüməçi ilə danışır

İlham Əliyev Albaniyada özü ilə bağlı bu ifadəni işlətdi - Video

Albaniyada prezidentlərə sürpriz: İlham Əliyevin salamı... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla