Yuxarı

Xınanın 6 möcüzəvi faydası

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xınanın 6 möcüzəvi faydası

Əsrlər boyu həm estetik, həm də müalicəvi məqsədlər üçün istifadə edilən xına təkcə bəzək deyil, həm də təbii şəfa mənbəyi kimi diqqəti cəlb edir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, xına təbii məhsul olsa da, xüsusilə dəri həssaslığı və ya xroniki xəstəlikləri olan insanların istifadə etməzdən əvvəl mütəxəssislə məsləhətləşmələri tövsiyə olunur.

Bəs, xına hansı xəstəliklərə faydalıdır?

1. Antibakterial və antiviral xüsusiyyətlər

Xına təbii antibakterial və antiviral xüsusiyyətlərə malikdir. Yaralara tətbiq edildikdə, infeksiya riskini azalda və dəridə bakteriya meydana gəlməsinin qarşısını ala bilər.

2. Eqzema və dəri xəstəliklərinə qarşı təsirlidir

Xına qaşınma, qızartı və qıcıqlanmanı aradan qaldıran təbii bir həlldir. Eqzema, göbələk və sədəf kimi dəri problemlərinin aradan qaldırılmasında dəstək olaraq istifadə edilir.

3. Baş ağrılarını aradan qaldırır

Xına yarpaqlarından hazırlanmış məcun alına çəkildikdə baş ağrısını aradan qaldıra bilər. Bu üsul əsrlər boyu ənənəvi tibbdə istifadə edilib.

4. Revmatizm və oynaq ağrılarına yaxşı təsir edir

Xınanın tərkibindəki təbii komponentlər iltihab əleyhinə xüsusiyyətləri ilə oynaq ağrılarını və revmatik xəstəlikləri aradan qaldıra bilir. Xüsusilə ağrılı bölgələrə xına tətbiqləri xalq arasında geniş yayılmışdır.

5. Ayaq sağlamlığı üçün...

Ayağın tərləməsi, pis qoxu və göbələk problemləri üçün xına çox təsirli bitki həlli ola bilər. Ayağa çəkildikdə həm təravət verir, həm də göbələk əmələ gəlməsinin qarşısını ala bilir.

6. Saç və baş dərisi üçün müalicə mənbəsi

Xına saç tökülməsini azalda bilər, kəpəyin qarşısını alır və baş dərisinin qıcıqlanmasını sakitləşdirir. Eyni zamanda təbii saç boyası olaraq saçlara parlaqlıq və güc verir.

Tarix
2025.05.17 / 01:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İsraildə bu layihəyə 270 milyon yatıra bilər

Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış

Azərbaycanlılar aksiyalara buna görə qoşulmur

Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla