Yuxarı

Makron qorxdu: sərgidən elə sürətlə qaçdı ki… - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makron qorxdu: sərgidən elə sürətlə qaçdı ki… - Foto

Xəbər verdiyimiz kimi, Fransa Prezidenti Emmanuel Makronun da iştirak etdiyi Parisdə təşkil edilən kənd təsərrüfatı sərgisi döyüş meydanına çevrilmişdi.

Axar.az xəbər verir ki, ötən gün fermerlərin polis səddini keçərək Makronun da iştirak etdiyi sərginin keçirildiyi məkana daxil olması gərginliyi artırıb.

Makronun görüş və danışıq təklifini qəbul etməyən fermerlər prezidenti fitə basıblar və ona tərəf gəliblər.

Mühafizəçilər fermerlərin yolunu kəssə də, qüvvələr qeyri-bərabər olduğundan, səhnə daha da dramatikləşib. Fermerlər həm jandarmalara, həm də məmurlara yumurta atıblar.

Makron isə məkandan təcili olaraq təxliyə edilib. Makron salondan elə qaçaraq çıxıb ki, hətta çaşmış cangüdənləri ona çatmaqda çətinlik çəkib.

Onun qaçış görüntüləri dünya mediasının gündəminə çevrilib.

Tarix
2024.02.25 / 15:10
Müəllif
Axar.az
Digər xəbərlər

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla