Yuxarı

Cenevrədə mühüm konfrans: Fransaya çağırış edildi - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrənin Cenevrə şəhərində Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsinin 3-cü konfransı keçirilib.

Axar.az xəbər verir ki, Milli Məclisin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın sədrliyi ilə keçirilən tədbirdə üzv ölkələrin parlamentləri, beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatları təmsil edən 53 nümayəndə heyəti iştirak edib.

Konfransda Bakı Təşəbbüs Qrupunun (BTQ) direktoru Abbas Abbasov və BTQ-nin İdarə Heyətinin üzvü, Avropa Parlamentinin sabiq deputatı, Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibi Jean-Jacob Bicep də iştirak edib.

J-J.Bicep tədbirdə səsləndirdiyi bəyanatda təmsil etdiyi Bakı Təşəbbüs Qrupunun fəaliyyətindən söhbət açaraq, onun kolonializm altında yaşayan xalqlara dekolonizasiya prosesinə dəstək göstərdiyini vurğulayıb və xüsusda Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib.

J-J.Bicep xüsusilə Fransanın bu gün yürütdüyü kolonializm siyasətini qabardaraq, Fransa hökumətinin bu siyasəti nəticəsində müstəmləkə altında yaşayan xalqların ciddi iqlim problemləri ilə üzləşdiyini bildirmişdir. O, Fransanı müstəmləkəçi ölkə kimi öz məsuliyyətini daşımağa, qanunsuzluqlara son qoyulmasını tələb edib.

Xatırladaq ki, BTQ Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılmışdır. BTQ-nin fəaliyyəti XXI əsrdə dünyada hələ də davam edən kolonializm və neokolonializmdən əziyyət çəkən xalqlara ədalətli mübarizələrində davamlı dəstək göstərməkdir.

Tarix
2024.03.27 / 13:52
Müəllif
Axar.az
Digər xəbərlər

Berdiməhəmmədov Azərbaycana səfərinin əsas məqsədini açıqladı

İlham Əliyev Berdiməhəmmədovla görüşdü

Dəməşqdən sonra Tehran da qurban verildi: İranı nə gözləyir?

Berdiməhəmmədov Azərbaycana gəldi

Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur

Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla