Yuxarı

İlham Əliyev fərman imzaladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələrinin (gömrük attaşelərinin) təyin edilməsi və onların fəaliyyətinin təmin edilməsi haqqında” 2005-ci il 16 dekabr tarixli 331 nömrəli və “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1305-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 20 noyabr tarixli 349 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

1. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələrinin (gömrük attaşelərinin) təyin edilməsi və onların fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 dekabr tarixli 331 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1100 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında, 3-cü və 4-cü hissələrində “dövlətlərdəki” sözü “dövlətlərdə və beynəlxalq təşkilatlarda” sözləri ilə əvəz edilsin;

1.2. 1-ci hissədə “dövlətlərdə” sözü “xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda” sözləri ilə əvəz edilsin və həmin hissədən “xarici dövlətlərdəki” sözləri çıxarılsın;

1.3. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin (gömrük attaşelərinin) təyin edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırdıqdan sonra bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

2.2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələri (gömrük attaşeləri) öz funksiyalarını təyin olunduqları xarici dövlətlərdə və ya beynəlxalq təşkilatlarda akkreditə olunmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin tərkibində həyata keçirirlər və öz fəaliyyətlərini həmin nümayəndəliklərin fəaliyyəti ilə əlaqələndirirlər.”.

2. “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1305-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 noyabr tarixli 349 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2262 (Cild I) 3.2-ci bəndinə “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi” sözləri əlavə edilsin.

Tarix
2024.08.30 / 16:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ordumuzun əsgəri silahdan açılan atəş nəticəsində öldü

Daha bir məntəqədə seçki nəticələri ləğv edildi

MSK-dan Qələndər Muxtarlının müraciəti ilə bağlı qərar

Bülbüloğluna Rusiyada Ermitaj Mükafatı təqdim edildi

Həsənovun müavini Pekində: mühüm görüşlər keçirdi

Bakı-İrəvan danışıqları: ABŞ bunu dəstəkləyir, Rusiya isə...

Bu, 2020-ci il razılaşmaları əsasında mümkündür - Overçuk

İranın Zəngəzur açıqlamasında Səddam Hüseyn misalı...

Zəngəzur İranla Rusiyanı üz-üzə qoydu - Türk mediası

Onun vəfatı bizi son dərəcə kədərləndirdi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla