Yuxarı

Prezidentin AMB-də yüksək vəzifə verdiyi şəxs kimdir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin AMB-də yüksək vəzifə verdiyi şəxs kimdir?

Xəbər veridyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Əliyar Qəhrəman oğlu Məmmədyarov Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib.

Axar.az xəbər verir ki, Ə.Məmmədyarov 1977-ci ildə Bakı şəhərində anadan olub.

1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, 2008-ci ildə isə Böyük Britaniyanın Nottingem Universitetini MBA ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1999-cu ildən 2000-ci ilədək həqiqi hərbi xidmətdə olub.

2001-2004-cü illərdə Azərbaycan Respublikası Milli Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin 3 N-li nəzarət şöbəsində iqtisadçı, aparıcı iqtisadçı vəzifələrində işləyib. 2004-2006-cı illərdə Milli Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin tərkibində olan Pulların yuyulmasına qarşı fəaliyyət qrupunun rəhbəri vəzifəsində çalışıb. 2006-2007-ci illərdə Milli Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin rəisi vəzifəsini tutub.

2012-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Tərəqqi” medalı ilə təltif edilib.

2008-2016-cı illərdə Mərkəzi Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor müavini, departament direktoru vəzifələrində işləyib. 2016-cı ilin may ayından Mərkəzi Bank sədrinin müşaviri vəzifəsinə təyin edilib.

2017-ci ilin sentyabr ayından 2019-cu ilin aprel ayınadək Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sədri işləyib.

Ə.Məmmədyarov Prezident İlham Əliyevin 2022.06.08 tarixli sərəncamı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilib.

Tarix
2024.12.05 / 17:24
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Bakının bunu etməsi böyük hadisədir - Subari

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

Bakının təhvil verdiyi 10 erməni və 1 rusla bağlı son xəbər

Tramp bunu iki lider üçün etdi: İlham Əliyev və Zelenski...

REZA-nın fotosərgisi: Aeroportda təqdim olunur - Foto

Pezeşkian Azərbaycanla bu əlaqələri dəstəkləyib

Bayramov kollegiya iclası keçirdi, tapşırıqlar verildi

Əli Əsədov Armenqolla görüşdü, başsağlığı verdi

Leyla Əliyevadan bacısı ilə bağlı maraqlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla