Yuxarı

Əsəd rejimi Azərbaycana problem yaradırdı - Hacıyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsəd rejimi Azərbaycana problem yaradırdı - Hacıyev

Suriyadakı məsələlərlə bağlı Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti arasında telefon danışığı olub, Suriya xalqına təbriklər çatdırılıb.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Hikmət Hacıyevin sözlərinə görə, Suriyada Əsəd rejiminin çökməsindən sonra Azərbaycan ümid edir ki, Suriyada sabitlik bərpa olunacaq:

“Biz eyni zamanda, ona da ümid edirik ki, Azərbaycanla Suriya arasında normal münasibətlər formalaşacaq, dostluq münasibətləri zəminində ikitərəfli əlaqələr inkişaf edəcək”.

Prezidentin köməkçisi Suriyadakı əvvəlki rejimin bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana problem yaratdığını xatırladıb:

“Suriya Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar olan məsələlərdə qeyd-şərtlə çıxış edirdi. Hətta İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində islam həmrəyliyinə ziddi xarakter daşıyan açıqlamalar olurdu”.

Tarix
2024.12.12 / 11:07
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla