Yuxarı

AQEM-ə sədrlik Azərbaycana keçdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 17-də ölkəmizin ev sahibliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Xarici İşlər Nazirləri Şurasının virtual formatda 7-ci iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Axar.az-a bildirilib ki, Nazirlər Şurasının iclasında 27 üzv ölkədən nazirlər, dövlət nazirləri, nazir müavinləri, habelə nümayəndə heyətlərinin rəhbərləri iştirak ediblər. Tədbirə həmçinin 3 müşahidəçi dövlət və 8 tərəfdaş beynəlxalq təşkilatın rəhbərləri qatılıb.

Nazirlər Şurasının 7-ci iclasında Müşavirəyə 2024-2026-cı illər üzrə Sədrlik Qazaxıstandan Azərbaycana keçib.

İclasda çıxış edən nazir Ceyhun Bayramov 2024-2026-cı illər üzrə AQEM-də Sədrliyi Azərbaycana həvalə etməklə ölkəmizə göstərilən etimada görə bütün üzv dövlətlərə təşəkkürünü bildirib.

Nazir həmçinin çoxqütblülüyün gücləndiyi və çoxtərəfliliyin yeni çağırışlarla üzləşdiyi bir dövrdə Asiya qitəsinin həmin çağırışlara birlik və əməkdaşlıq şəraitində, eyni zamanda, ortaq məsuliyyət prinsipi əsasında cavab verməli olduğunu, AQEM-in bu əməkdaşlığı daha da inkişaf etdirərək çağırışları dəf etmək üçün unikal bir platforma olduğunu diqqətə çatdırıb.

Azərbaycanın AQEM-ə Sədrliyinin “Daha güclü AQEM – Asiyada əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişaf” mövzusuna həsr olunduğu və AQEM-in transformasiyası və institusional inkişafı, etimad-quruculuğu tədbirlərinin icrası vasitəsilə sahəvi əməkdaşlığın gücləndirilməsi vəAQEM-in digər beynəlxalq və regional təşkilatlarla birgə fəaliyyətinin təşviqi istiqamətlərinin 3 əsas prioritet olaraq irəlilədiləcəyi qeyd edilib.

C.Bayramov, həmçinin Azərbaycan tərəfindən 2025-ci il üçün AQEM-in 5 ölçüsü üzrə 20-dən çox tədbirin təşkilinin planlaşdırıldığını vurğulayıb. Bu xüsusda, nəqliyyat dəhlizləri, kiçik və orta sahibkarlığın inkişafı, kənd təsərrüfatı, kibertəhlükəsizlik, ətraf mühit, gənclər, turizm, mədəni irsin mühafizəsi, humanitar minatəmizləmə, elm və təhsil kimi sahələrə xüsusi diqqət ayrılacağı bildirilib.

Azərbaycanın AQEM-ə sədrliyinin Müşavirənin beynəlxalq aktivliyinin artırılmasına və digər beynəlxalq və regional təşkilatlarla tərəfdaşlıq münasibətlərinin genişləndirilməsinə xüsusi diqqət ayırdığı qeyd olunub.

AQEM-in Baş katibi Kayrat Sarıbay tərəfindən Müşavirənin 2020-2024-cü illər ərzində - Qazaxıstan Sədrliyi dövründəki fəaliyyəti barədə hesabat verilib.

İclasın yekununda “AQEM üzv dövlətləri arasında münasibətlərin rəhbər prinsipləri haqqında Bəyannamə”nin 25 illiyi ilə bağlı Nazirlər Şurasının Bəyanatı, Etimad quruculuğu tədbirlərinin icrasının modallıqlarına dair Nazirlər Şurasının qərarı, Etimad quruculuğu tədbirlərin kataloqunun yenilənmiş versiyası və AQEM üzv dövlətlərinin Aparıcı Universitetlərinin Tərəfdaşlıq Şəbəkəsinin təsis edilməsinə dair Memorandum layihələri qəbul edilib.

Tarix
2024.12.17 / 19:51
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşdü

İlham Əliyev Rüstəm Minnixanovla görüşdü

Bakı hərbi cinayətkarlarla bağlı İrəvanı əməkdaşlığa dəvət etdi

Ölməmiş ayının dərisinin bölüşdürülməsi... - Politoloq

Rüstəm Minnixanov Fəxri xiyabanda - Foto

Dünən geri çağırılan səfir həbs edilə bilər - Şok mənimsəmə

Niderland səfiri sərhədimizə gəldi

Fidanın “Qafqazda sülh” inamı Rusiyanı "narahat" edir

Türkiyə regionu tam dəyişdi: Qafqaza qayıdır - Xaçatryan

Mehdi Sübhani Zəngəzura “tələsir”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla