Ana səhifə Siyasət |
Xorvatiyanın Baş naziri Andrey Plenkoviç azərbaycanlı həmkarı Əli Əsədova başsağlığı məktubu ünvanlayıb.
Axar.az məktubun mətnini təqdim edir:
“Dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarənin sərnişinləri və ekipaj üzvlərinin ölümü ilə bağlı faciəvi xəbəri dərin hüznlə aldım. Xorvatiya Respublikası Hökuməti adından və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə və bu faciədən zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı verirəm. Biz həmçinin, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”.
25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Tarix
2024.12.28 / 10:25
|
Müəllif
Axar.az
|