Yuxarı

Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yayımladığı son xəbərdə qeyd edilib ki, Azərbaycan Respublikasının informasiya məkanına qonşu ölkələrdən biri tərəfindən əlaqələndirilmiş şəkildə dezinformasiya və informasiya manipulyasiyası formasında müdaxilələrin edildiyi məlum olub. Xəbərdə “qonşu ölkə” dedikdə Rusiyanın nəzərdə tutulduğu aydındır. Çünki xəbərdə Rusiya səmasında raketlə vurulan Azərbaycan sərnişin təyyarəsiylə bağlı dezinformasiyaların yayılmasından söhbət gedir.

Axar.az xəbər verir ki, bu barədə Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Rusiya vurulan təyyarəyə görə kompensasiya ödəmək və cinayətkarları cəzalandırmaq əvəzinə Azərbaycana qarşı “açıq və gizli” təbliğat müharibəsinə başlayıb:

“Açıq müharibə” dedikdə Rusiyanın informasiya resurslarında, o cümlədən Kremlə yaxın Teleqram kanallarında Azərbaycana qarşı qarayaxma kampaniyasını nəzərdə tuturam. Gizli kampaniya isə saxta platformalar tərəfindən təşkil olunur.

Milli Məclisin komissiyasının xəbərində Azərbaycana qarşı hibrid savaşın geniş şəkil aldığı bu cümlələrlə izah olunub: “Manipulyativ və koordinə edilmiş təbliğatın əsasən sosial media platformaları üzərindən və müxtəlif dillərdə aparıldığı, o cümlədən ictimai rəyə birbaşa təsir etmək məqsədilə Azərbaycan dilində də xəbər tipli resursların yaradıldığı faktları müəyyən edilib. Kampaniyada Feysbuk platformasının Azərbaycan seqmentində fəaliyyət göstərən bəzi səhifələrin “əkizinin” yaradılması metodundan da istifadə olunub. Digər bir taktika isə təyyarə qəzası ilə bağlı Azərbaycan Respublikası vətəndaşları arasında çaşqınlıq və dövlət qurumlarına qarşı inamsızlıq yaratmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi adından “deepfake” (süni zəka alətləri ilə yaradılan audiovizual kontent) və təqlidetmə texnologiyalarından istifadə etməklə aparılan qanunsuz kiberfəaliyyətləri göstərmək olar”.

Rusiya hibrid savaşlarını adətən Avropa ölkələrinə və ABŞ-a qarşı aparır, saxta profillər vasitəsilə dezinformasiyalar yayır. Kreml bu dəfə Azərbaycanı hədəf seçib. Ölkəmizə qarşı hibrid savaşın təlimatının Kremldən gəldiyi aşkardır, çünki Moskvadakı dezinformasiya yayan şəbəkələr özbaşına Azərbaycana qarşı savaş açmazdılar”.

Tarix
2025.02.01 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi

AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?

Qordon: İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm - Video

Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı

Suriya Azərbaycandan kömək istəyir

Rusiya “sülh göyərçini”nə döndü: 3 vasitəçilik təklifi və imtina…

3 şəhərdə kanat yolu tikilir: 40 milyon ayrıldı

Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər

Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video

Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla