Yuxarı

Bayramov Bəhreyn XİN başçısı ilə danışdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov Bəhreyn XİN başçısı ilə danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 19-da Bəhreynin xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayani arasında telefonla danışıb.

XİN-dən Axar.az-a verilən məlumata görə, telefon danışığı zamanı iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə bir-birini ürəkdən təbrik edib, ən xoş arzularını çatdırıblar.

Azərbaycan-Bəhreyn əməkdaşlığının müxtəlif, o cümlədən iqtisadi, ticarət, enerji təhlükəsizliyi, mədəni istiqamətlər üzrə hazırkı durumu və perspektivləri, regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Azərbaycanın Bəhreynin “Manama Dialoqu” təşəbbüsündə fəal iştirakı, o cümlədən təhlükəsizlik problemlərinin müzakirəsi baxımından bu platformanın əhəmiyyəti xüsusi olaraq qeyd edilib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.

Tarix
2025.03.19 / 17:28
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla