Yuxarı

İsrailə qarşı cihad elan olundu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Müsəlman Alimlər Birliyi İsrailə qarşı Fələstin (Qəzza) və Suriyadakı vəziyyətə görə cihad elan edib.

Axar.az xəbər verir ki, bu barədə Yaxın Şərq məsələləri üzrə ekspert Kənan Rövşənoğlu deyib.

O bildirib ki, Suriyada da vəziyyət dramatikləşir:

“Çünki İsrail işğal fəaliyyətlərini davam etdirir, hər gün az da olsa, irəliləyir. Özü də girdiyi yerlərdən çıxmayacağını açıq şəkildə elan edib. Suriyanın yeni hakimiyyəti hər nə qədər barışıq mesajları versə də, faydası olmadı. Xalq da İsrailin işğalını görür”.

Ekspert qeyd edib ki, Livanda da vəziyyət yaxşı deyil:

“Livan ordusunun komandanı general Rudolf Heykel dünən sərhədə gedib, orda deyib ki, Livanın əsas düşməni İsraildir. Çünki İsrail Livanın təhlükəsizliyini hələ də təhdid edir. Halbuki iki ay əvvəl Livanın yeni hökuməti bəyannaməsindən “müdafiə” bəndini çıxardı. Çünki Səudiyyə Ərəbistanı belə tələb edir. Ərəb ölkələri Hizbullah, yəni dolayısı ilə İranı Livandan çıxarmaq, həm də İsraillə barışmaq üçün yol açmaq istəyirdilər. Amma indi görürlər ki, məsələ Hizbullah və İran deyil, İsrail ətraf əraziləri işğal edir.

Suriyanın yeni hakimiyyəti üçün İsraillə müharibə böyük riskdir. Çünki bu müharibə Suriyanı xaraba qoya, hakimiyyətin devrilməsinə səbəb ola bilər. Suriyada qlobal cihad hərəkatı isə İsrail və ABŞ üçün yeni imkanlar yarada bilər.

Qəzzada vəziyyət daha dramatikdir. Ərəb ölkələri və İsrail HƏMAS-ı Qəzzadan çıxarmaq üçün qollarını çırmalayıb. Artıq HƏMASaa qarşı etiraz aksiyaları keçirilir, İsrail isə zolağı yenidən işgal etməyə çalışır.

Nəticədə Yaxın Şərqdə vəziyyət daha fəciəvidir”.

Tarix
2025.04.06 / 19:54
Müəllif
Axar.az
Digər xəbərlər

Xankəndidə mühüm forum keçirildi

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

Ermənilərə xəbərdarlıq: Bakı üçün “təmizlik” başladı

Ermənilərə “sürpriz”: Azərbaycan yazılan sənəd verildi

Azərbaycan Avropaya qaz təchizatını artıracaq

Azərbaycan bu ölkəni tanıyacaqmı? - Zülfüqarov

Bayramov israilli həmkarı ilə görüşdü - Foto

İlham Əliyev Fərzanə Sadiqini qəbul etdi

Prezidentin təltif etdiyi Əliyev kimdir?

3 türk ölkəsi Türkiyəyə qarşı, yoxsa düşünülmüş plan?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla