Yuxarı

Bayramov israilli həmkarı ilə görüşdü - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov israilli həmkarı ilə görüşdü - Foto

13:12

Azərbaycan və İsrailin xarici işlər nazirləri Ceyhun Bayramov və Gideon Saar Əbu-Dabidə (BƏƏ) görüş keçiriblər.

Axar.az bu barədə Azərbaycan XİN-in X sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.

İki ölkə arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, humanitar sahələr üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın rolu qeyd olunub. Tərəflər habelə yüksək texnologiyalar, səhiyyə və təhsil sahələrindəki təcrübə mübadiləsinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Ölkəmizin Yaxın Şərq regionunda sülh və sabitliyin bərqərar edilməsini, o cümlədən İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həlli prosesini dəstəklədiyi bir daha qeyd olunub.

Qarşı tərəf həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan sülh prosesi barədə ətraflı məlumatlandırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2025.04.08 / 13:43
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla