Yuxarı

Azərbaycan bu ölkəni tanıyacaqmı? - Zülfüqarov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bu ölkəni tanıyacaqmı? - Zülfüqarov

Bu məsələyə yanaşma fərqli olmalıdır. Çünki Şimali Kiprin rəhbərliyi müxtəlif formatlarda, o cümlədən BMT-nin vasitəçiliyi ilə statusla bağlı danışıqlar aparıb. Bu danışıqlar bir neçə il öncə daha fəal şəkildə davam edirdi, indi də aktivləşib. Məhz bu səbəbdən Azərbaycan beynəlxalq hüquqa və ənənələrə uyğun olaraq həmin danışıqların nəticəsini gözləyir.

Bu fikirləri Axar.az-a politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycanın Şimali Kipri tanıya biləcəyi ehtimalını şərh edərkən deyib.

O, Azərbaycanın bu məsələyə beynəlxalq qanunlar və ənənələr çərçivəsində yanaşdığını vurğulayıb.

Bununla belə, politoloq Azərbaycanın gələcəkdə fərqli addım ata biləcəyini də istisna etməyib:

“Amma hansısa mərhələdə istisna etmirəm ki, Azərbaycan tərəfi bu danışıqların bir nəticə verməyəcəyini nəzərə alaraq bu və ya digər addımı ata bilər”.

Tofiq Zülfüqarov həmçinin Türkiyənin məsələyə fərqli yanaşmasının tarixi əsaslarını xatırladıb:

“Vaxtilə etnik təmizləmə və təhlükə ilə üzləşən adadakı türk əhalisini qorumaq məqsədilə Türkiyə Cümhuriyyəti Yunanıstanın həmlələrinin qarşısını almaq üçün addımlar atdı və təhlükəsizliyi təmin etdi. Rəsmi Ankara bu məsələdə təhlükəsizliyin təminatçısı rolunu öz üzərinə götürdü. Hazırda bu baxımdan təhlükə yoxdur və əsas diqqət danışıqlar prosesinin gedişinə yönəlib”.

Sonda Zülfüqarov qeyd edib ki, Azərbaycan istər dövlət, istərsə də cəmiyyət olaraq Şimali Kiprdə yaşayan türklərə hər zaman dəstək verməyə hazırdır.

Tarix
2025.04.08 / 14:45
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla