Yuxarı

Bakı Ankara və Təl-Əvivi masaya gətirdi – Mühüm nəticə

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Ankara və Təl-Əvivi masaya gətirdi – Mühüm nəticə

Ankara və Təl-Əviv Bakıda baş tutan danışıqlarda Suriyada sabitliyin qorunması üzərində razılıq əldə edib: bu, Azərbaycanın Türkiyə-İsrail xəttində dialoqun qurulması ilə bağlı Prezident Əliyevin açıqladığı ikinci cəhdində də müsbət nəticə əldə etməsi deməkdir.

Əsədin devrilməsi İranın Suriyadakı təsirinin sıradan çıxarılması baxımından İsrailin maraqlarına uyğun olsa da, Türkiyənin əsas oyunçuya çevrilməsini qəbul etmir. Qarşıdurmanın təməlində dayanan amil də budur. Hərçənd, Türkiyə İranla müqayisədə İsrail üçün çətin rəqibdir: Ankara Suriyanın bütün sferalarında – siyasi, iqtisadi, hərbi-kəşfiyyat, logistika və s. güclü təsirlərə malikdir və yeni hakimiyyətin formalaşmasında yaxından iştirak edir, üstəlik, ABŞ Türkiyənin Suriyada mövcudluğunu qəbul edir.

İsrail Türkiyə ilə ABŞ-ın dəstəkləmədiyi qarşıdurmada nəticə əldə etməyin çətinliyini anlayır. Və ən mühüm məqam daha öncə də yazdığımız kimi, İran faktorudur: Tehrana fokuslandıqları vaxt Ankara ilə toqquşma nə Təl-Əvivə, nə də Vaşinqtona sərfəlidir.

Tərəflər arasında vasitəçilik edən Bakının əldə etdiyi nəticə sıradan deyil:

1. Müttəfiq və dost ölkə arasında dialoq kanalı açıldı və bu, Azərbaycanı çətin seçim məcburiyyətindən xilas edir;

2. ABŞ-ın yeni administrasiyasında Bakının əhəmiyyəti ilə bağlı mövqe güclənir: bu, regional müstəvidə, xüsusilə Ermənistanla münasibətlərin perspektivləri fonunda da maraqlarımıza uyğundur;

3. Suriya yenidən toqquşma poliqonuna çevrilmə təhlükəsindən xilas edilə bilər.

Bundan sonra əsas məsələ Bakı razılaşmasının davamlılığını təmin etməkdir.

Tarix
2025.04.11 / 07:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla