Yuxarı

Əliyevə baxın! İndi yüksək səslə soruşmaq lazımdır!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti cənab İlham Əliyevin aprelin 9-da ADA Universitetində “Yeni dünya düzəninə doğru” adlı beynəlxalq forumda Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) barədə çıxışı təkcə diplomatik bəyanat deyil, həm də həqiqətin, ədalətin və qardaşlığın səsinin ucalmasıdır. Türk dünyasına işıq salan liderlik nümunəsidir.

Axar.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

O bildirib ki, Prezident İlham Əliyev Şimali Kiprli qardaşlarının yanında olduğunu dəfələrlə bəyan edib:

“Bu sözlər təkcə diplomatik nəzakət deyil, tarixin, xalqların vicdanında əks-səda doğuran bir çağırışdır. Ancaq indi yüksək səslə soruşmaq lazımdır, təəssüf ki, bəzi türk respublikaları – adlarını çəkməkdən çəkinməyəcəyəm: Türkmənistan, Özbəkistan və Qazaxıstan – Cənubi Kiprin rum kəsimi ilə səfirlik səviyyəsində əlaqələr qurmağa başlayıblar. Üstəlik, bu addım Aİ-nin investisiya vədi ilə eyni vaxtda atılıb. Təsadüfdürmü? Mən belə düşünmürəm!”

Ş.Ayrım xatırladıb ki, Azərbaycan ŞKTC prezidentini Şuşada keçirilən sammitə dəvət edib və bayrağını dalğalandırıb:

“Bu, qardaşlığın səmimi təzahürüdür, amma həm də başqalarına örnəkdir. Ya belə şərəfli mövqedə durmaq lazımdır, ya da tarix sizi başqa cür yazar.

Şimali Kipr Türk Cümhuriyyəti illərdir beynəlxalq hüquqda diqqətdən kənarda qalan bir xalqın səsidir. BMT referendumunda “bəli” deyən kiprli türklərin və “xeyr” deyən yunanların mükafatlandırıldığı bir dünya nizamı ədaləti təmin edə bilməz. Cənab Əliyevin dediyi kimi: “Bu, ədalətlidirmi? Bu, ikili standart deyilmi?”

Bəli, belədir! Və biz susmayacağıq. Buradan açıq şəkildə səslənirəm: Şimali Kipr qurbanlıq deyil! Türk dünyasının şərəfidir. Bu şərəf isə susmaqla deyil, açıq dəstəklə yaşadılır. Bütün türk respublikalarına çağırışım budur: Artıq səmimi olun! Həmrəy olmaq üçün ilk növbədə ləyaqətli mövqe nümayiş etdirmək lazımdır. Bu prosesdə liderliyi ilə fərqlənən cənab İlham Əliyevə ürəkdən təşəkkür edirəm. Əsl qardaşlıq şəxsi mənafe ilə deyil, zülmə qarşı duruşda bəlli olur. Kipr türkləri yalnız deyil və yalnız qalmayacaq!”

Tarix
2025.04.17 / 14:16
Müəllif
Axar.az
Digər xəbərlər

İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda

Bakıda növbəti iqlim tədbiri keçiriləcək

Rus deputat: Nikol Moskvaya gəlir, kanalı isə saxtakarlıq edir!

Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…

44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər

PKK silahı yerə qoydu: İlham Əliyev Ərdoğanı təbrik etdi

Bakıdan PKK-nın ləğvi qərarına reaksiya

DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın – Təfərrüatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla