Yuxarı

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası videokonfrans formatında təşkil olunub.

Bu barədə Axar.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

İclas zamanı müxtəlif sahələr üzrə QDİƏT daxilində mövcud təşəbbüslərin və yeni layihələrin reallaşdırılması, Təşkilatın müxtəlif sahəvi İşçi Qruplarının fəaliyyətinin nəticələri, QDİƏT-Avropa İttifaqı münasibətlərinin inkişaf etdirilməsi və təşkilatın iqtisadi gündəliyinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, QDİƏT-in əlaqəli qurumları ilə əməkdaşlığın xüsusi rolunu nəzərə alaraq, onlarla mövcud qarşılıqlı fəaliyyət nəzərdən keçirilərək hazırkı əməkdaşlığın gücləndirilməsi üçün gələcək imkanlar müzakirə olunub.

QDİƏT regionunda əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivlərinə dair üzv ölkələrin nümayəndə heyətləri rəhbərlərinin çıxışları səsləndirilib, müvafiq qərar, tövsiyə və qətnamələr Nazirlər Şurası tərəfindən qəbul edilib.

Üzv ölkələr və QDİƏT Baş Katibi öz çıxışlarında son yarım il ərzində təşkilatın fəaliyyətini sədr ölkə qismində “Bağlantıların gücləndirilməsi, inkişafın təşviqi” şüarı altında fəal, inklüziv və effektiv şəkildə əlaqələndirdiyinə və irəlilətdiyinə görə Azərbaycan tərəfinə öz minnətdarlığını ifadə ediblər. Toplantının sonunda təşkilatda sədrlik növbəti altı ay müddətinə Bolqarıstana təhvil verilib.

Azərbaycanın sədrliyi dövründə QDİƏT çərçivəsində regional iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, nəqliyyat, enerji, rəqəmsallaşma və ticarət sahələrində inteqrasiyanın təşviqi istiqamətində ardıcıl və məqsədyönlü iş aparılıb. Azərbaycan eyni zamanda, QDİƏT Biznes Şurasına və QDİƏT Parlament Assambleyasına (PABSEC) da sədrlik edib və bu format çərçivəsində üzv dövlətlərin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət ayırıb.

Tarix
2025.06.27 / 22:24
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Cared Koheni qəbul etdi

İrəvan və Tehran dəhliz məsələsini müzakirə etdi

Azərbaycan strateji körpü rolunu oynayır - Mirziyayev

Konspirasiya nəzəriyyələri iflasa uğradı - Paşinyan

Prezident bu ölkənin səfirini də qəbul etdi

İlham Əliyev İsrailin yeni səfrini qəbul etdi - Foto

Bakı xəbərdarlıq etmişdi, Kreml SOCAR-ı qəsdən vurdu, nəticə...

SOCAR-ın vurulan obyektlərinin bərpası... - Kuleba

Zəngəzur dəhlizi İran üçün yeni fürsətdir - Zərif

SOCAR-ın bazasına hücum: Zelenskidən reaksiya…

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla