Yuxarı

Prezident Xankəndidə Rəşid Meredovu qəbul etdi - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Xankəndidə Rəşid Meredovu qəbul etdi - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndidə Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.

Axar.az xəbər verir ki, Rəşid Meredov Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkmən xalqının Milli Liderinə, Türkmənistan Prezidentinə və qardaş türkmən xalqına çatdırmağı xahiş edib.

Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Qarabağda aparılan bərpa və quruculuq işlərinin onda böyük təəssürat yaratdığını deyərək bu bölgənin təbiətinin gözəlliyinə valeh olduğunu bildirib.

Görüşdə azərbaycanlılarla türkmənlərin ortaq etnik kökləri, tarix və mədəniyyət bağlantılarına malik iki qardaş xalq olduğu bir daha vurğulanıb. İki ölkə arasında energetika, nəqliyyat, mədəniyyət, humanitar, elm, təhsil və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb. Xüsusilə Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin, Türkmənistanda isə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi qeyd olunub.

Tarix
2025.07.03 / 13:57
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla