Yuxarı

Fındıq istehsalı və ixracı ilə bağlı yeni təkliflər

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fındıq istehsalı və ixracı ilə bağlı yeni təkliflər

Azərbaycan fındıq istehsalçıları və ixracatçıları assosiasiyası fındıq ixracatı ilə bağlı prosedurları sadələşdirməyi təklif edib.

Axar.az xəbər verir ki, bu təkliflə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans zamanı Assosiasiyanın sədri İsmayıl Orucov çıxış edib.

İ.Orucovun sözlərinə görə, Azərbaycan fındıq ixracatına görə dünyada dördüncü yeri tutur. “Ölkədə 35 min ton fındıq yetişdirilir, onun 90 faizi xaricə göndərilir. Təkcə ötən il biz 105 milyon dollar dəyərində fındıq ixrac etmişik. Fındığın yetişdirilməsi və emalı Azərbaycanı xarici valyuta ilə təmin edən əsas sahələrdən biridir”.

İ.Orucov həmçinin yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, əsas fındıq istehsalı regionlarında laboratoriyaların açılması kimi təkliflər irəli sürüb.

Tarix
2017.01.30 / 23:13
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bağlı bunu qarşıma məqsəd qoymuşam

Bu böhranların həllinə mane olan amillərdən biri... - Fidan

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Rusiyanın bir gündə 6 bombardmançısı məhv edildi

Bu, Nürnberq tribunalının analoqu idi - Prezident

İlham Əliyevin müdrik rəhbərliyi altında... - Hersoq

Azərbaycan çox tolerant ölkədir - İsrail prezidenti

Kartdan-karta pul köçürmələri üzrə limitlər... - AMB

Beləliklə, Azərbaycan xalqının səbri tükəndi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla