Yuxarı

Azərbaycan Türkiyədə iki gəmiçilik şirkəti yaratdı

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Türkiyədə iki gəmiçilik şirkəti yaratdı

Xəzər Dəniz Gəmiçiliyi (XDG) Qapalı Səhmdar Cəmiyyəti Türkiyədə iki yeni şirkət təsis edib.

Axar.az xəbər verir ki, bu barədə XDG məlumat yayıb.

Yeni yaradılan şirkətlər “Caspdry” və “Casptankers” adlanır. “Caspdry” quru, “Casptankers” isə maye yüklər daşıyan gəmilərin istismarını həyata keçirəcək.

Şirkətlərin Xəzərdənkənar hövzələrdə Azərbaycan bayrağı altında üzən gəmilərin daha səmərəli istismarına nail olmaq məqsədilə yaradıldığı bildirilir.

Amerika Gəmiçilik Bürosu ( ABS) “Caspdry” şirkətinə artıq İSM-in tələblərinə cavab verdiyini təsdiqləyən uyğunluq sertifikatı verib. Yaxın vaxtlarda “Casptankers”in də uyğunluq sertifikatı alacaq.

Belə sertifikatlar Xəzərdənkənar hövzələrdə iri həcmli gəmilərin istismarına imkan verir.

Hazırda Xəzər Dəniz Gəmiçiliyinin Qara və Aralıq dənizlərində 10 quru yük gəmisi üzür.

Tarix
2017.02.04 / 23:52
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Prezident Maka Boçorişvilini qəbul etdi - Foto

Rusiyanın Ukrayna dronlarını vurduğu raketlərin qiyməti...

Azərbaycan və Monteneqro baş nazirləri görüşdü

Maka Boçorişvili Azərbaycanda səfərdədir

ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi

Rusiyada maaşlar da kəsilir: müharibə ölkəni bitirir

Azərbaycan daha bir konvensiyaya qoşulur

Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - Video

Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla