Yuxarı

Azdram bu tamaşa ilə mövsümü bağlayır

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azdram bu tamaşa ilə mövsümü bağlayır

Akademik Milli Dram Teatrı mövsümün son tamaşalarını təqdim edəcək.

Teatrın mətbuat xidmətindən Kult.az-a verilən məlumata görə, teatrın kollektivi 149-cu teatr mövsümünü yekunlaşdırıb yay tətilinə yollanacaq.

İyunun 17-də teatrsevərlərə Həsən Həsənovun “Qürbətdən gələn məktublar” tamaşası təqdim olunacaq. Tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsərinin quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmiş Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” tamaşası iyunun 18-də nümayiş ediləcək. Səhnə əsəri ikihissəli tale dramıdır. Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru xalq artisti Azər Paşa Nemətov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı xalq artisti Siyavuş Kərimidir.

İyunun 19-da “Cəhənnəm sakinləri” tamaşası oynanılacaq. Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətovdur.

25-26 iyun tarixlərində isə “Zəfər yolu” tamaşası nümayiş olunacaq. Teatrın bağlanış mərasimi məhz bu tamaşa ilə olacaq.

Tarix
2022.06.16 / 15:23
Müəllif
Kult.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla