Yuxarı

Heç kim bilmirdi ki, o iki milisdən biri o idi... - Video

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heç kim bilmirdi ki, o iki milisdən biri o idi... - Video

Bu gün tanınmış aktyor, teatr və kinoda yaddaqalan obrazlar yaratmış Səməndər Rzayevin doğum günüdür.

Axar.az xatırladır ki, Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda dünyaya gəlib. İncəsənət İnstitutunda Rza Təhmasibin məktəbində dərs alıb, Sumqayıt Teatrında çalışıb.

Səməndər Rzayevin yaradıcılıq yolu çoxşaxəlidir. Burada teatr da var, kino da, radio da, televiziya da.

O, bizim kinoda dublyaj sənətinin korifeylərindən idi. Həmişə oynadığı rollarda milli cizgiləri qabartmağı xoşlayırdı. Səməndərin səsi, danışığı bir orkestrin ifa etdiyi simfoniyaya bərabər idi. Səməndər Rzayevə hətta epizodik rollar təklif olunanda belə məmnuniyyətlə razılaşırdı. Deyirdi ki, kiçik açarla da böyük qapılar açmaq olur. Amma elə ki, səhnədə bu böyük sənətkarın səsi eşidilirdi, bütün zal heyrətə gəlirdi. Bəzən onun kiçik rolları baş qəhrəmanları belə kölgədə qoyurdu. Səməndər Rzayev klassik aktyor sənətimizin ruhunu yaşadırdı, elə özü də klassik sənətkara çevrildi.

"Həyatın dibində", "Hamlet", "Yağışdan sonra", "Sən yanmasan", "Cehizsiz qız", "Qəribə oğlan", "Dəli yığıncağı..." Bunlar Səməndərin teatrda oynadığı tamaşaların cüzi bir hissəsidir. Amma onların hər birinə Səməndərin yuxusuz gecələri, gərgin yaradıcılıq axtarışları, bəzən isə hədsiz əsəbləri sərf olunub. Onun sənət dostu, xalq artisti Yaşar Nuri deyirdi ki, ilk filmi haqqında bir özü bilirdi, bir də mən... "Uşaqlığın son gecəsi" filminin lap əvvəlində küçədə gəzən iki milis işçisindən biri Səməndər idi. Amma sonralar o, kinoda da öz sözünü dedi. Doğrudur, onun aktyorluq potensialı kinomuzda yetərincə istifadə olunmasa da, bir sıra yaddaqalan obrazları – Səməndərli anları kino tariximizə köçürüb. "Çarvadarların izi ilə" filmində Səməndər elə Səməndəri oynayırdı. Bu filmin əsasında İlyas Əfəndiyevin "Körpüsalanlar" əsəri durur. "Nəsimi"də isə rejissor Həsən Seyidbəyli ona Şirvanşah İbrahim rolunu tapşırmışdı. Bu, aktyor üçün böyük məsuliyyət idi. Doğrudan da Azərbaycanın tarixində danılmaz xidmətləri olan Şirvanşah İbrahimi ekranda yaratmaq aktyordan əsl mənada yüksək sənətkarlıq tələb edirdi. Film ekrana çıxanda çoxları təəccüb hissi keçirdi. Səməndər obrazı özününkiləşdirmişdi.

Yaratdığı rollara öz ruhunun, qəlbinin şirin çalarlarını hopdururdu. Bu yöndə yaratdığı obrazlardan "Bəyin oğurlanması" filmindəki Hidayət müəllimi xatırlasaq, yerinə düşər. "Mənəm ey, Hidayət müəllim" və ardınca da Səməndərin şaqraq gülüşü.

O, televiziya filmlərində, tamaşalarında oynayırdı, "Bulaq" verilişinin daimi aparıcılarından idi.

Və günlərin birində "Həyatın dibində" tamaşasına xəstə vəziyyətdə xəstəxanadan gəlmişdi. Buna baxmayaraq, pərəstişkarlarını nigaran qoymaq istəməmişdi. Həmin axşam Səməndər teatrda ən ağır və ən çətin gününü yaşayırdı. Bu, soyuq səhnədə xəstə aktyorun son oyunu idi...

Kinoşünas Aydın Kazımzadə onunla bağlı fikirlərini bölüşərkən bunları deyib:

"Bu insan az yaşasa da, istər teatrda, istər kinoda iz qoydu getdi. Bir də onu yaşadan onun övladlarıdır. Rübabə xanım Azərbaycan radiosunun aparıcı jurnalistlərindən biridir, qələm sahibidir. Oğlu Rəşid aktyordur, atasının yolunu davam etdirir. Belə insanlar istər öz övladlarının, istər tamaşaçılarının, istər həmkarlarının qəlbində həmişə yaşayırlar".

Qeyd edək ki, Səməndər Rzayev 1986-cı ilin mart ayının 27-də vəfat edib.

Tarix
2016.01.02 / 19:32
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

300 min azərbaycanlının qayıdışından kim danışır?

İlham Əliyev Qazaxıstana getdi - Foto

Szinpinin xüsusi nümayəndəsi Azərbaycana gəlir

Ukraynanın ölkəmizdəki səfirliyi bayraqları endirdi

Parad Rusiyanı ifşa etdi: niyə 5 ildir bacarmır?

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla