Yuxarı

Direktor müəllimlərin oturduğu sinfə "donuzxana" dedi…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Direktor müəllimlərin oturduğu sinfə "donuzxana" dedi…

Bakıda yerləşən 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyevanın müəllimlərlə kobud rəftarı ilə bağlı səsyazısı və şikayətlər ortaya çıxıb.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.az-a açıqlamada sözügedən direktorun uyğunsuz davranışı və səsyazısı ilə bağlı araşdırma aparılacağı vurğulanıb.

Qeyd olunub ki, hazırda məktəbin pedaqoji heyəti məzuniyyətdə olduğu üçün araşdırmanın məzuniyyət dövründən sonra aparılması nəzərdə tutulur:

"Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır".

Qeyd edək ki, sözügedən məktəbin ingilis dili müəlliməsi Leyla Hüseynova direktorun müəllimləri əsassız ittihamlarla üz-üzə qoyduğunu bildirib. Onun sözlərinə görə, Z.Məsiyeva müəllimlərə qarşı davamlı şəkildə təhqiredici münasibət göstərir, iş mühitini dözülməz hala gətirir. O qeyd edib ki, direktor müəllimlərin dərs otağında onları təhqir edərək videoya çəkib və "bura donuzxanadır" kimi ifadələr işlədib.

Tarix
2025.07.31 / 17:32
Müəllif
Axar.az
Digər xəbərlər

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

Azərbaycanın siyahısında onun da adı var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla