Yuxarı

Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaradağ rayonu ərazisində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Axar.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, KAMAZ və MAN markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və KAMAZ markalı yük avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1961-ci il təvəllüdlü Rzayev Sərdar İnqlab oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Tarix
2025.08.02 / 12:51
Müəllif
Axar.az
Digər xəbərlər

Yekaterinburqda azərbaycanlılara məxsus bazar ləğv edildi

Bakıdan Dəməşqə uzanan enerji körpüsü... – Təhlil

Azərbaycandan Suriyaya nə qədər qaz ötürüləcək?

Trampın təklifi: Putin 10 günü gözləmədən cavab verdi

Yaxın gələcəkdə Zəngəzur dəhlizi üzərindən... - Bayraqdar

SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirəcək

Suriyalı nazir Azərbaycana təşəkkür etdi

Azərbaycan qazının Suriyaya ixracına başlanıldı

Fələstin: Türkiyə bizə lazım deyil – biz yetim deyilik

Azərbaycan hava məkanı Ermənistan üçün açıqdır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla