Görkəmli iqtisadçı İbrahim Məmmədov dünyasını
dəyişib.
Bu barədə Strategiya.az-a məlumat verən
mərhumun qohumu Vəfa Seyidova görkəmli iqtisadçı İbrahim Məmmədovun
dünən dəfn edildiyini bildirib.
Qeyd edək ki, Məmmədov İbrahim Xəlil oğlu 1930-cu ildə Naxçıvan
MR Şərur rayonunun Danzik kəndində anadan olmuşdur. Məmmədov
İbrahim Xəlil oğlu 1966-cı ildə "Şərəf nişanı" ordeni ilə, 1970-ci
ildə V.İ.Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar "Yubiley
medalı", 1971-ci ildə Dövlət Plan Orqanlarının 50 illiyi
münasibətilə "Tərifnamə", 1973-cü ildə "Qırmızı Əmək Bayrağı"
ordeni ilə, 1976-cı ildə "Xalqlar Dostluğu" ordeni və Xalq
Təsərrüfatında görkəmli nailiyyətlərinə görə SSRİ Xalq Təsərrüfatı
nailiyyətləri sərgisinin "Qızıl medal" ilə, 1984-cü ildə
Bolqar-Sovet dostluğunun təsisi ilə əlaqədar "Tərifnamə" ilə təltif
olunmuşdur.
Uzun illər Dövlət Plan Komitəsi sədrinin birinci müavini, Kənd
Təsəsrüfatı və İqtisadiyyat nazirinin müavini işləmişdir. İqtisadçı
kadrların hazırlanmasında xüsusi xidmətləri olmuşdur.
1996-cı ildə Beynəlxalq Energetika akademiyasının Akademiki
seçilmişdir. Professordur.
Allah rəhmət eləsin.