Yuxarı

25 min manatlıq oğurluq edən şəxs həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədidə nəğd pul və məişət əşyaları oğurlamaqla zərərçəkmişlərə 25 min manat dəyərində ziyan vurmaqda təqsirləndirilən şəxs həbs olunub.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən evlərdən oğurluqlar edilməsi barədə məlumatlar daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elsevər Rüstəmov şübhəli şəxs qismində saxlanılıb.

Araşdırmalarla onun cari il ərzində müxtəlif evlərdən nəğd pul və məişət əşyaları oğurlamaqla zərərçəkmişlərə 25 min manat dəyərində ziyan vurduğu müəyyən edilib. E.Məmmədovun yaşadığı ünvandan bir sıra maddi sübut aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Rüstəmov həbs edilib. İstintaq davam etdirilir.

Tarix
2025.08.04 / 12:31
Müəllif
Axar.az
Digər xəbərlər

Mixalkonun Azərbaycanda diplomatik fəaliyyəti başa çatır

Bayramov Hakan Fidanla danışdı

Fransa Azərbaycanda səfir üçün namizədini təqdim etdi

İlham Əliyev Ağ Evdə Paşinyanla görüşəcək: Sülh sazişi...

Bəqaidən təxribatçı suala cavab: Bakını ittiham etməmişik!

Suriya və İsrail nazirləri Bakıda görüşdü

Bakı ABŞ-ın İsraillə bağlı bu istəyindən imtina edəcək?

Mühüm detal: Şahin Şıxlinski könüllü təslim olub - Foto

Şahin Şıxlinski Moskvada görün harada saxlanılıb...

Azərbaycan Suriyaya qaz verdi - 4 ölkədən bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla