Yuxarı

Gənclər Xocalı ilə bağlı sosial çarx hazırladı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənclər Xocalı ilə bağlı sosial çarx hazırladı - Video

Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) Gənc Filmçilər Mərkəzi Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı sosial çarx hazırlayıb. Videoda gənclər Azərbaycan, ingilis, rus, alman, fransız, erməni dillərində dünyaya müraciət edərək Xocalı faciəsini çatdırmağa çalışıb.

Gənc Filmçilər Mərkəzinin rəhbəri Cavanşir Zeynalov bildirib ki, sosial çarxı gənclər öz təşəbbüsləri ilə hazırlayıblar:

"Xocalı ilə bağlı belə bir video hazırlamağı çoxdan fikirləşirdik. Məqsədimiz Xocalı faciəsini bilməyənlərə, elə ermənilərin özünə çatdırmaqdır. Videonun hazırlanmasında heç yerdən yardım almamışıq. Öz vəsaitimiz hesabına gənc dostların köməyilə belə bir iş ortaya çıxdı. Videonun ideya və rejissorluğu mənə və Aqil Sadiqoğluna aiddir".

Gənclər videonu beynəlxalq təşkilatlara göndərməyi planlayırlar.

Videoda iştirak edən gənclər: Cavanşir Zeynalov, Turanə Hüseynli, Taleh Yüzbəyov, Şəhriyar Əbilov, Aysel Quluzadə, Tural Əhməd, Nigar Bahadırqızı, Rüfət Nəzər, İlqar Musayev, Samima Salimova ("Hafta.az").

Tarix
2014.02.25 / 21:54
Müəllif
Axar.az
Digər xəbərlər

Xameneinin öldürülməsi bu məqsədin tərkib hissəsidir...

Nazirlər son hərbi qarşıdurmadan narahatdır - XİN

Xamenei ABŞ zərbəsi ilə ölməyib? - Arakçının eyhamı...

XİN rəhbəri ispan həmkarı ilə Yaxın Şərqi müzakirə etdi

Bayramov iraqlı həmkarı ilə regionu müzakirə etdi

Serb diplomatlar Azərbaycana təxliyə olunacaq - Vuçiç

Rusiya səfirliyi Azərbaycana təşəkkür etdi

Bayramov Özbəkistan XİN başçısı ilə danışdı

İlham Əliyev Pezeşkiana başsağlığı verdi

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla