Yuxarı

İmamverdi Əhmədova hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmamverdi Əhmədova hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində dövlətin konstitusion quruluşuna qarşı cinayətlər təşkil etməkdə ittiham olunan İmamverdi Əhmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Axar.az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, İmamverdi Əhmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

İ.Əhmədovun AR Cinayət Məcəlləsinin 28,278.2-ci (Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsinə yönələn hazırlıq hərəkətləri etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı DTX-də aparılıb.

Belə ki, ittihama əsasən, İ.Əhmədov 2023-cü ilin aprel ayından etibarən özü ilə eyni radikal dini əqidəyə malik şəxsləri ətrafına toplamaq, Azərbaycan Respublikasının ərazisində iğtişaşlar törətmək, hakimiyyət nümayəndələrinə qarşı zorakılıq hərəkətləri etməklə ölkə ərazisində konstitusiya quruluşunun zorakı yollarla dəyişdirilməsi və eyni məqsədlə müxtəlif şəxslərə silahlı təlimlər təşkil edilməsi istiqamətində fəaliyyət göstərmiş və DTX tərəfindən keçirilmiş əməliyyat tədbirlər zamanı cinayət əməllərinin qarşısı alınaraq saxlanılmışdır.

Tarix
2025.08.06 / 15:08
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş nazirinin rəsmi qarşılanma mərasimi oldu

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla