Yuxarı

Başçı 1 məmuru işdən çıxardı, 3-nün vəzifəsini dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişiklikləri olub.

Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elşən Salahov müvafiq əmrlər imzalayıb.

Belə ki, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mehman Eldar oğlu Azadov vəzifəsindən azad edilib. O, sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və planlaşdırılması şöbəsinə baş məsləhətçi vəzifəsinə təyin olunub.

Eyni zamanda, həmin şöbəyə aparıcı məsləhətçi vəzifəsinə isə Elçin Fazil oğlu Sadıqov təyinat alıb. E.Sadıqov bu vəzifədə bir neçə gün əvvəl sektor müdiri - baş mühasib vəzifəsinə təyin olunan İlhamə Kərimovanı əvəzləyib.

Bundan əlavə, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi (mühəndis) Ələmdar Bəhmən oğlu Qasımov vəzifəsindən azad olunub. Bu vəzifəyə Nəsiman Fikrət oğlu Ağabəyov təyin olunub. N.Ağabəyov bundan əvvəl sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və planlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

Beləliklə, icra başçısının yeni kadr siyasətində bir nəfər (Ə.Qasımov) RİH-dən çıxarılıb, daha bir nəfər işçi isə (E.Sadıqov) RİH-də işə götürülüb. Adları çəkilən digər şəxslərin isə RİH daxilində vəzifələri dəyişdirilib.

Tarix
2025.08.06 / 16:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-Belçika birbaşa hava əlaqələri yarada bilər

Bakıda Xəzərə görə toplantı keçiriləcək

Türkmənistanda Xəzərin dayazlaşması müzakirə olundu

Hərbçilərimizin minaya düşməsi: Ombudsmandan çağırış…

Belçika Azərbaycana yeni konsul təyin etdi

Pezeşkianın oğlu Azərbaycana görə onları tənqid etdi

Əliyevlə Paşinyanın görüşü məxfi şəraitdə hazırlanıb

Əli Əsədov qərar imzaladı

Moskva Bakıya ciddi zərər verəcək cavab hazırlayır - Rusiya KİV

Zəngəzur dəhlizi Vaşinqtonda təhvil veriləcək - Ambaryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla