Yuxarı

“Birbank” kartlarında limitsiz bonuslarla daha çox qazanmaq...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 1-dən “Birbank” kartları üzrə bonus mexanizmi yenilənib. Yeni şərtlər çərçivəsində istifadəçilər partnyor ticarət və xidmət məntəqələrində etdikləri ödənişlərə görə artıq keşbek deyil, limitsiz “Umico” bonusları qazanırlar. Bu dəyişiklik daha çox qazanc imkanı yaradır və müştəri təcrübəsini daha da zənginləşdirir.

Belə ki, daha öncə “Birbank Cashback” və “Birbank Star” kart sahibləri partnyor məntəqələrdə etdikləri alış-veriş zamanı keşbek qazanırdılarsa, yeni qaydalara əsasən bu ödənişlərə görə “Umico” bonusları təqdim olunur. Bonusların məbləğinə heç bir limit tətbiq olunmur. Yenilikdən faydalanmaq üçün “Birbank” mobil tətbiqində müvafiq ay üzrə ən azı bir “Umico” bonusu kateqoriyası seçilməlidir. Əgər istifadəçi keşbek kateqoriyasını seçərsə, partnyor ödənişləri üzrə bonus əldə edə bilmir. Yalnız “Umico” bonus kateqoriyasının seçilməsi ilə limitsiz bonus toplamaq mümkündür.

Yenilənmiş sistem istifadəçilərə həm seçilmiş bonus kateqoriyası, həm də partnyor məntəqələrdə alış-veriş üzrə bonus qazanmaq imkanı yaradır. Məsələn, əgər cari ay üçün müştəri “Hotellər – 3%” bonus kateqoriyasını seçibsə və ödəniş etdiyi hotel 5% bonus təqdim edən partnyordursa, o həm 3 % kateqoriya bonusunu, həm də 5 % partnyor bonusu qazanır. Nəticədə müştəri həmin əməliyyat üzrə ümumilikdə 8% “Umico” bonusu əldə edir.

Hazırda “Birbank Cashback” və “Birbank Star” kartlarında aylıq limit keşbek kateqoriyaları üçün ümumilikdə 50 manat, “Umico” bonus kateqoriyaları üçün isə ümumilikdə 100 manat təşkil edir. Həmçinin “Birbank Premium Cashback” və “Birbank Umico” kartları üçün bonus kateqosiyasında 100 manat limit tətbiq olunur. Müştərilər uyğunBirbank” kartlarından istifadə etməklə bu imkanlardan yararlana bilərlər.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən “Kapital Bank” ASC-nin əmtəə nişanı olan “Birbank”, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilə qədər ölkənin I bankı “Kapital Bank” adı altında müştərilərinə xidmət göstərib və “Paşa Holdinq” MMC-yə daxildir. “Kapital Bank” isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2025.08.06 / 16:03
Müəllif
Axar.az
Digər xəbərlər

Türkmənistanda Xəzərin dayazlaşması müzakirə olundu

Hərbçilərimizin minaya düşməsi: Ombudsmandan çağırış…

Belçika Azərbaycana yeni konsul təyin etdi

Pezeşkianın oğlu Azərbaycana görə onları tənqid etdi

Əliyevlə Paşinyanın görüşü məxfi şəraitdə hazırlanıb

Əli Əsədov qərar imzaladı

Moskva Bakıya ciddi zərər verəcək cavab hazırlayır - Rusiya KİV

Zəngəzur dəhlizi Vaşinqtonda təhvil veriləcək - Ambaryan

Şahin Mustafayev İrana gedir

İlham Əliyev Yamaykanın baş nazirini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla