Yuxarı

Maskalı şəxs evə basqın etdi: saxlanılanlar var - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda yerləşən evlərdən birində quldurluq hadisəsi qeydə alınıb. Yaşayış evinə daxil olan maskalı şəxs ev sahibini hədələyərək pul tələb edib və ona kəsici alətlə xəsarət yetirərək oradan uzaqlaşıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərilə quldurluq əməlini törətməkdə şübhəli bilinən Tovuz rayon sakini 31 yaşlı Hikmət Şəmistanlı müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla H.Şəmistanlının həmin cinayət əməlini zərərçəkmişin qohumu olan 31 yaşlı Elçin Həsənovla qabaqcadan əlbir olub razılığa gələrək törətdiyi müəyyən edilib.

Belə ki, E.Həsənov qohumuna məxsus yaşayış evini qarət etmək üçün tanışını yaşadığı rayona çağırıb və həmin ünvanda xeyli miqdarda pulun olduğunu bildirib.

Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix
2025.08.15 / 11:27
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı gözlənilməz: Dəstək verdi

Ermənistanda missiyamız davam edəcək - AB

İran dayanmır: Növbəti Zəngəzur açıqlaması...

Bakı ilə Zəngəzur dəhlizini müzakirə edəcəyik - Overçuk

İlham Əliyev Konqo prezidentini təbrik etdi

"Qiyamət günü radiosu"ndan şifrəli mesaj: Yeni müharibə...

Bəxtiyar paşa Azərbaycandan niyə getdi? - Təfərrüat

İranla razılaşdırıldı: Zəngəzur dəhlizi...

Kirill Kabanov Bakını işğalla təhdid etdi - Video

Zəngəzur mühüm hissələrdən biri olacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla