Yuxarı

İranla razılaşdırıldı: Zəngəzur dəhlizi...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranla razılaşdırıldı: Zəngəzur dəhlizi...

Ermənistan və ABŞ “Tramp körpüsü”nə (Zəngəzur dəhlizi) nəzarət etmək üçün birgə şirkət yaradacaq.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan açıqlama verib. Onun sözlərinə görə, layihənin şərtləri İranla razılaşdırılıb və Tehran tərəfinin təhlükəsizliklə bağlı narahatlıqları nəzərə alınıb.

Xatırladaq ki, bir müddət əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun siyasi məsələlər üzrə müavini, general Yadullah Cavani Azərbaycanı və Ermənistanın Baş naziri Nikol Paşinyanı sərt tənqid edərək, iki ölkənin Ukrayna Prezidenti Vladimir Zelenskinin səhvini təkrarladıqlarını iddia etmişdi.

Daha sonra məsələ ilə bağlı İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai çıxış edərək Zəngəzur dəhlizində “Tramp marşrutu”na təhlükə olduğu barədə yayılan məlumatları təkzib edib. O, İran və Ermənistan arasında mehriban qonşuluq münasibətlərinin davam etdiyini vurğulayıb.

Tarix
2025.08.15 / 00:27
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla