Yuxarı

Bakıda yeni tikilidə qanunsuz artırılan eyvan söküldü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal rayonunda "Üç tac" kompleksinin qarşısında yerləşən yeni tikilən çoxmərtəbəli yaşayış binasında qanunsuz olaraq eyvan artırılıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, eyvan artırması köhnə və ya baxımsız bir tikili də yox, məhz müasir, yeni inşa edilmiş binada edilib.

Paytaxtda son illərdə şəhərsalma normalarına uyğun tikilən, estetik və təhlükəsizlik standartlarına cavab verən binalarda belə halların olması ictimaiyyətdə də təəccüb doğurub. Söhbət hələ istismar müddətinin başlanğıcında olan, şəhərin müasir memarlıq görünüşünə aid bir binadan gedir.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb və eyvanın qanunsuz olaraq artırılması təsdiqlənib.

Şəhərin kommunal strukturunun əməkdaşları dərhal sözügedən əraziyə gediblər və qanunsuz artırılan eyvanın söküntüsü həyata keçirilib.

Vətəndaşa törətdiyi qanunsuz əməlin yaradacağı fəsadları ilə bağlı xəbərdarlıq edilib, binanın konstruksiyasının zərər görə biləcəyi, şəhərin estetik görünüşünə xələl gətirməsi istiqamətində maarifləndirici söhbət aparılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirib ki, qanunsuz tikililərin qarşısının alınması istiqamətində tədbirlər davam etdiriləcək və bu kimi hallara yol verən şəxslər barəsində qanunvericiliyə uyğun addımlar atılacaq.

Tarix
2025.08.15 / 11:55
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan seçim etməli olacaq - Rusiyadan xəbərdarlıq

Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı gözlənilməz: Dəstək verdi

Ermənistanda missiyamız davam edəcək - AB

İran dayanmır: Növbəti Zəngəzur açıqlaması...

Bakı ilə Zəngəzur dəhlizini müzakirə edəcəyik - Overçuk

İlham Əliyev Konqo prezidentini təbrik etdi

"Qiyamət günü radiosu"ndan şifrəli mesaj: Yeni müharibə...

Bəxtiyar paşa Azərbaycandan niyə getdi? - Təfərrüat

İranla razılaşdırıldı: Zəngəzur dəhlizi...

Kirill Kabanov Bakını işğalla təhdid etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla