
Bakıda yeni tikilidə qanunsuz artırılan eyvan söküldü - Foto
11:55
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Bu gün səhər Samara vilayətinin Sızran şəhərindəki neft emalı zavodu PUA hücumuna məruz qalıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, zavodun ərazisində partlayışlar və yanğınlar qeydə alınıb.
Samara vilayətinin qubernatoru Vyaçislav Fedorişev vilayətə PUA hücumunu təsdiqləsə də, neft emalı zavoduna zərbələr barədə məlumat verməyib.
Qeyd edək ki, Sızran neft emalı zavodu “Rosneft”in ən böyük müəssisələrindən biridir. Zavod Samara, Saratov, Penza və Mərkəzi Rusiya vilayətlərinin bir hissəsi, həmçinin Rusiyanın mərkəzi və cənub rayonlarındakı aerodromları və hərbi hissələri yanacaqla təmin edir.
Tarix
2025.08.15 / 10:20
|
Müəllif
Axar.az
|