Yuxarı

“Rabitəbank”ın beynəlxalq qurumlarla əlaqələrində yeni uğur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rabitəbank” ASC dünyanın ən nüfuzlu maliyyə qurumlarından olan Bank of New York Mellon-da müxbir hesab açaraq beynəlxalq maliyyə əlaqələrini daha da genişləndirib.

Daima beynəlxalq maliyyə qurumları ilə əlaqələrin genişləndirilməsi istiqamətində uğurlara imza atan Rabitəbank, bu əlaqələri davamlı inkişaf etdirərək müştəri məmnuniyyətini ən yüksək səviyyəyə qaldırmağı qarşısına məqsəd qoyur. Dünyanın maliyyə nəhənglərindən biri olan Bank of New York Mellon ilə əməkdaşlıq da regionda maliyyə xidmətlərinin keyfiyyətini yüksəltmək, beynəlxalq standartlara tam uyğunluğu təmin etmək və rəqabət qabiliyyətini artırmaq istiqamətində atılan önəmli addımlardan biridir.

Bu strateji nailiyyət Azərbaycanın aparıcı banklarından olan Rabitəbankın qlobal maliyyə bazarlarında yüksək işgüzar nüfuzunun və etibarının təzahürüdür. Bank artıq 30-dan çox xarici valyutada sürətli, təhlükəsiz və asan pul köçürmələri həyata keçirməsi ilə müştəriləri üçün beynəlxalq əməliyyatların əlçatanlığını və rahatlığını təmin edir. Eyni zamanda, bu hesab sahibkarların xarici ticarət və investisiya imkanlarını genişləndirir. Nəticədə, yerli bizneslərin qlobal bazarlarda rəqabət qabiliyyəti artır, iqtisadiyyatın inkişafına mühüm töhfə verilir.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 18 region və Bakı şəhəri üzrə ümumilikdə 29 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Tarix
2025.08.19 / 13:13
Müəllif
Axar.az
Digər xəbərlər

Həmişə Ermənistanı müdafiə etmişik... - Pezeşkian

Azərbaycan və Nepal XİN başçıları danışdı

Razılaşma Zelenskinin reytinqinə zərbə olacaq - Politoloq

İlham Əliyev Cared Koheni qəbul etdi

İrəvan və Tehran dəhliz məsələsini müzakirə etdi

Azərbaycan strateji körpü rolunu oynayır - Mirziyayev

Konspirasiya nəzəriyyələri iflasa uğradı - Paşinyan

Prezident bu ölkənin səfirini də qəbul etdi

İlham Əliyev İsrailin yeni səfrini qəbul etdi - Foto

Bakı xəbərdarlıq etmişdi, Kreml SOCAR-ı qəsdən vurdu, nəticə...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla