Yuxarı

Bakıda qız fotolarını bəyənən kişini sevgilisi döydü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi döyüb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1998-ci il təvəllüdlü Pərviz İmanov (soyadı şərtidir) Bakıda mebel sexində işləyib. O, Aişə adlı xanımla qeyri-rəsmi ər-arvad münasibətlərində olub və birlikdə yaşamağa başlayıb.

Bir neçə gün öncə işdən yorğun gələn Pərviz yatıb və telefonu qonaq otağında qalıb. Fürsətdən istifadə edən Aişə onun telefonuna baxarkən, sosial şəbəkə hesablarında yarıçılpaq qız şəkillərini bəyəndiyini görüb.

Səhəri gün axşam evə gələn Pərviz Aişəni əsəbi görüb və səbəbini soruşub. Aişə Pərvizdən sosial şəbəkələrdə yarıçılpaq qız şəkillərini niyə bəyəndiyini soruşub və nəticədə aralarında mübahisə başlayıb. Mübahisə zamanı Aişə Pərvizi vurub və onun dünyasını dəyişmiş anasını söyüb.

Tərəflər arasında dava başlayıb və hər iki şəxs bir-birinə xəsarət yetirib. Aişənin anası məsələ ilə bağlı polisə məlumat verib və hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı cinayət işi başlanılıb.

Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə tərəflərə barışıq təklif edilsə də, Aişə Pərvizlə barışmayıb və ona cəza verilməsini istəyib.

Məhkəmənin hökmü ilə P.İmanov aylıq qazancından 15% dövlət nəfinə pul tutulmaqla bir il islah işləri cəzasına məhkum edilib.

Tarix
2025.08.20 / 10:57
Müəllif
Axar.az
Digər xəbərlər

Onlar bizim Prezidentimizdən çox şey öyrənməlidir - Deputat

Trampdan Azərbaycan açıqlaması: Bunu həll etdim!

Fransanın Bakıya göndərdiyi səfir barədə - Yeni detallar

İran Zəngəzur dəhlizi ilə bağlı buna qarşı deyil - Vardanyan

Müharibədən sonra ölkəmizə gələn ukraynalıların sayı...

Hacıyev Türkiyə səfiri ilə sülh prosesini müzakirə etdi

Sabah 18 kənddə qaz olmayacaq

Paşinyan Pezeşkianı azərbaycanca salamladı - Video

Həmişə Ermənistanı müdafiə etmişik... - Pezeşkian

Azərbaycan və Nepal XİN başçıları danışdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla