Yuxarı

Fond uşaqlar üçün əyləncə tədbirləri təşkil etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 26-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Bakının müxtəlif əyləncə məkanlarında uşaqlar üçün şənliklər keçirilib.

Axar.az xəbər verir ki, şənliklərdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərimizin övladları, eləcə də valideyn himayəsindən məhrum, internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyac duyan uşaqlar iştirak ediblər.

İstirahət məkanlarına xüsusi avtobuslarla gətirilən uşaqlar onlar üçün təşkil edilən əyləncələrdən zövq alıb, müxtəlif oyunlara, ustad dərslərinə qatılıb, rəqslərə qoşulublar.

İsti yay günündə uşaqlar həm də hovuzda doyunca əylənib, müxtəlif oyunlarda, o cümlədən köpük şouda iştirak ediblər.

Günboyu davam edən tədbirlər çərçivəsində uşaqlar üçün nahar süfrəsi də təşkil olunub.

Ad günləri bugünkü tarixə təsadüf edən uşaqlar isə bu özəl günü həmyaşıdları ilə birlikdə şənlənərək qeyd ediblər.

Tədbirlərin yekununda gözəl istirahət günündən xatirə olaraq hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Tarix
2025.08.26 / 18:33
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və ABŞ arasında birgə investisiya platforması...

Tarasov Zəngəzur barədə: İranı bu söz qorxudur

Çərçivə Sazişi ilə bağlı mühüm açıqlama

Zəngəzur dəhlizinin açılması bunun ləğvi olacaq

NK-da Əliyevin Vaşinqton səfəri ilə bağlı xüsusi iclas...

Azərbaycan-Ermənistan sülh prosesində Türkiyənin rolu...

1 sentyabrda qərarın qəbulu gözlənilir - Bayramov

Ermənistan sülhlə bağlı bu bəndləri qəbul etmirdi

Minsk Qrupu prosesdən kənarlaşdırıldı - Bayramov

Azərbaycan bu həll variantlarını heç vaxt qəbul etməyib - Nazir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla