Yuxarı

Sabah metro gücləndirilmiş iş rejimində çalışacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı Metropoliteni” QSC avqustun 27-də “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

QSC-dən Axar.az-a bildirilib ki, xüsusilə matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən metronun “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək.

“Bakı metrosunun müvafiq əməliyyat planına uyğun olaraq, bu stansiyalarda növbətçilik cədvəli tərtib ediləcək. Arenaya yollanacaq azarkeşlərin yönləndirilməsi, səmti rahat müəyyən etmələri üçün əlavə işçi qüvvəsi cəlb olunacaq. Qatarların hərəkəti yay qrafikinə uyğun təşkil olunacaq. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılması üçün hazır saxlanılacaq. Həmçinin qeyd edək ki, qarşılaşma əlavə vaxtla davam etdiyi halda azarkeşlərin rahat şəkildə mənzilbaşına qayıtması üçün Bakı metropoliteninin iş saatının uzadılması planlaşdırılıb”, - deyə qurumun yaydığı məlumatda bildirilir.

Tarix
2025.08.26 / 18:42
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və ABŞ arasında birgə investisiya platforması...

Tarasov Zəngəzur barədə: İranı bu söz qorxudur

Çərçivə Sazişi ilə bağlı mühüm açıqlama

Zəngəzur dəhlizinin açılması bunun ləğvi olacaq

NK-da Əliyevin Vaşinqton səfəri ilə bağlı xüsusi iclas...

Azərbaycan-Ermənistan sülh prosesində Türkiyənin rolu...

1 sentyabrda qərarın qəbulu gözlənilir - Bayramov

Ermənistan sülhlə bağlı bu bəndləri qəbul etmirdi

Minsk Qrupu prosesdən kənarlaşdırıldı - Bayramov

Azərbaycan bu həll variantlarını heç vaxt qəbul etməyib - Nazir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla