Yuxarı

Plan yerləri ən çox III ixtisas qrupunda dolub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Plan yerləri ən çox III ixtisas qrupunda dolub

Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub (99.80%). TC altqrupunda isə göstərici 100 faizdir və boş yer qalmayıb.

Bu barədə Axar.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, III qrupda müsabiqə iştirakçılarının sayı və plan yerlərinin müqayisəsi müsabiqə vəziyyətinin yüksək olacağını göstərirdi. Həmçinin subbakalavrların şansları az idi. Müsabiqənin nəticələrinə əsasən, III ixtisas qrupu üzrə yalnız abituriyentlər tələbə adını qazana biliblər.

II ixtisas qrupu üzrə də 98.12 faiz olmaqla plan yerləri kifayət qədər dolub. Burada subbakalavrların da şansı var idi. Ən çox subbakalavr (3079 nəfər) məhz II qrup üzrə ixtisaslara qəbul olunub.

I qrup ixtisasları üzrə də subbakalavrların imkanları var idi və 2842 nəfər qəbul olunub. Ümumilikdə I ixtisas qrupunda plan yerləri 92.25 faiz dolub. IV və V ixtisas qruplarında isə plan yerləri müvafiq olaraq 95.39 faiz və 96.84 faiz dolub.

Tarix
2025.08.26 / 19:54
Müəllif
Axar.az
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla