Yuxarı

İranla razılıq əldə olundu: Naxçıvana qaz nəqli...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranla razılıq əldə olundu: Naxçıvana qaz nəqli...

Azərbaycan İran ərazisindən Naxçıvan Muxtar Respublikasına təbii qaz nəqlinin müddətini uzadılması ilə bağlı razılığa gəlib.

Bu barədə Axar.az-a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, mövcud müqavilənin müddəti bu il başa çatdığından tərəflər arasında yeni razılaşma əldə olunub və hazırda sənədin imzalanma mərhələsi gedir.

Rəsmi məlumata görə, Naxçıvanın illik qaz tələbatı 260-300 milyon kubmetr təşkil edir. Bu ehtiyacın qarşılanması üçün Azərbaycan 2005-ci ildə İranla svop mexanizminə əsaslanan saziş imzalayıb. Razılaşmaya görə, İran Culfadan Naxçıvana qaz ötürür, əvəzində isə eyni həcmdə qazı Astara üzərindən Azərbaycandan alır.

SOCAR-ın məlumatına əsasən, 2025-ci ilin yanvarın 1-dən avqustun 21-dək İran üzərindən Naxçıvana 188,5 milyon kubmetr qaz nəql olunub. Ümumilikdə bu marşrutla qaz tədarükünə 2006-cı ildən start verilib.

Martın 5-də istifadəyə verilən İğdır–Naxçıvan qaz kəmərinə gəlincə, SOCAR bildirib ki, hələlik bu boru xətti ilə qaz nəqli başlamayıb. Kəmərin gündəlik ötürmə gücü 2 milyon kubmetrdir.

Yeni kəmər Naxçıvan üçün qaz təchizatının şaxələndirilməsinə və enerji təminatının etibarlılığının artırılmasına xidmət edəcək. Beləliklə, muxtar respublika həm İran, həm də Türkiyə üzərindən qaz əldə etməklə artan enerji tələbatını tam şəkildə qarşılaya biləcək.

İğdır-Naxçıvan qaz kəmərinin ümumi uzunluğu 97,5 kilometr təşkil edir. Bunun 80 kilometri Türkiyə, 17,5 kilometri isə Azərbaycan (Naxçıvan Muxtar Respublikası) ərazisində yerləşir.

Layihə üzrə illik 500 milyon kubmetr qaz nəqli nəzərdə tutulur ki, bu da Naxçıvanın ümumi qaz tələbatını tam ödəməyə imkan verəcək.

Tarix
2025.08.26 / 21:11
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla ABŞ-ın bu fəaliyyəti hələ yeni başlayır

Samirə Əfəndi: Qazaxıstanda məni öldürüb atsaydılar... - Video

Xələf Xələfov Hakan Fidanla görüşdü

Vardanyanın məhkəməsi: onların ifadələri dinlənildi

30 təşkilat azərbaycanlı məhbuslara görə bəyanat yaydı

Ceyhun Bayramov Vatikanın arxiyepiskopu ilə görüşdü

İlham Əliyevlə Bruney Sultanı arasında məktub mübadiləsi...

Azərbaycan-Gürcüstan birgə şirkəti bu tenderdən kənarlaşdırıldı

ABŞ Azərbaycan qazının satılmasının qarşısını alıb?

Qazaxıstan AZAL təyyarəsi ilə bağlı daha bir açıqlama yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla