Yuxarı

“Birbank” tələbə təqaüd proqramının 2 illik marafonu başa çatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kapital Bank-ın təşəbbüsü ilə 2023-cü ildə start verilən “Birbank” tələbə təqaüd proqramı uğurla yekunlaşıb. Proqramın ilk seçim mərhələsinə 3000-dən çox tələbə müraciət edib, onlardan seçilən 15 nəfər namizəd “Birbank təqaüdçüsü” adını qazanaraq iki il ərzində ayda 300 AZN məbləğində təqaüd almaq imkanını əldə edib.

Təqaüdçülər ölkəmizin 8 aparıcı ali təhsil müəssisəsində kompüter elmləri, informasiya texnologiyaları, maliyyə, hüquq, iqtisadiyyat və digər sahələr üzrə məzun olublar. Onlar bu müddət ərzində yalnız maddi dəstək deyil, həm də Kapital Bank-da real iş təcrübəsi, müxtəlif peşəkar təlim və seminarlar, həmçinin mentor dəstəyi ilə fərdi inkişaf imkanları əldə ediblər.

Layihənin bağlanış mərasimində Kapital Bank-ın İstedadların idarə olunması departamentinin direktoru Aygün Həsənova iştirakçılara iki il ərzində qazandıqları bilik və təcrübələr, həmçinin gələcəkdə tələbələrin inkişafına yönəlik bu tipli proqramların daha da təkmilləşdirilməsi üçün hansı təşəbbüslərin həyata keçirilə biləcəyi ilə bağlı suallar ünvanlayıb.

Xüsusilə qeyd edək ki, proqramın iki məzunu Samin Hüseynov və  Yaqub Əhmədov dünyanın Top 10 universiteti sırasında olan Kembric Universiteti (University of Cambridge) və İmperial Kollecində (Imperial College London) magistr təhsili almaq hüququ qazanaraq təhsillərini xaricdə davam etdirmək imkanı əldə ediblər.

Qeyd edək ki, yaxın günlərdə tələbələrlə bağlı yeni bir inkişaf proqramı elan olunacaq.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc. 

Tarix
2025.08.28 / 15:41
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya səfirliyimizə raket atdı

Nikol 9 noyabr bəyanatının qüvvədən düşdüyünü açıqladı

Bu kəndlər Azərbaycana məxsusdur - Paşinyan

Azərbaycanla sülhün olması o demək deyil ki... - Paşinyan

Prezident Maqdalena Qrononu qəbul etdi - Foto

Rzayev etimadnaməsini Maduroya təqdim etdi

İlham Əliyev Qələbə Paradında iştirak edəcək

Bakını və bizi dəvət ediblər, üzv ola bilərik - Mirzoyan

Sülh sazişinin imzalanması üçün iki şərt mövcuddur - Rəfiyev

Fransanın ölkəmizdəki səfirinin diplomatik fəaliyyəti başa çatdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla