Yuxarı

Xüsusi təhsil ləğv edilir? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün nəzərdə tutulan xüsusi təhsilin ləğv edilməsi ilə bağlı iddialar əsassızdır.

Axar.az xəbər verir ki, bu barədə Report-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Məlumat verilib ki, xüsusi təhsildə təhsilalanların sayı cari vəziyyətdə 11 881 nəfər şagirdir. Həmin şagirdlər dövlət tərəfindən təlim vasitələri ilə (yemək, geyim, ayaqqabı, zəruri avadanlıq və fərdi texniki vasitələrlə və s.) təmin edilir.

Sağlamlıq imkanları məhdud şagirdlər üçün bir sıra ümumi təhsil müəssisələrində xüsusi siniflər də fəaliyyət göstərir. İnklüziv təhsilə cəlb edilən şagirdlərin sayı cari vəziyyətdə 333 nəfər təşkil edir. 2025-ci ildə artıq Bakı şəhərində və bölgələrdə 67 məktəbdə inklüziv təhsil həyata keçirilir.

2025-2026-cı il tədris ilində daha 24 müəssisəsədə (Bakı şəhəri üzrə-11, regionlar üzrə-13) inklüziv təhsil həyata keçiriləcək.

Qeyd edək ki, xüsusi təhsilin ləğv edilməsi ilə bağlı iddialar yayılmışdı.

Tarix
2025.08.28 / 16:20
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya səfirliyimizə raket atdı

Nikol 9 noyabr bəyanatının qüvvədən düşdüyünü açıqladı

Bu kəndlər Azərbaycana məxsusdur - Paşinyan

Azərbaycanla sülhün olması o demək deyil ki... - Paşinyan

Prezident Maqdalena Qrononu qəbul etdi - Foto

Rzayev etimadnaməsini Maduroya təqdim etdi

İlham Əliyev Qələbə Paradında iştirak edəcək

Bakını və bizi dəvət ediblər, üzv ola bilərik - Mirzoyan

Sülh sazişinin imzalanması üçün iki şərt mövcuddur - Rəfiyev

Fransanın ölkəmizdəki səfirinin diplomatik fəaliyyəti başa çatdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla